Elşad M. Turan
dikəlt,-
dünyanın
yükünü daşımqdan əyilmiş
çiynini,
dirilt,-
içində öldürdüyün ruhunu,
dincəlt,-
dünyanın dalınca qovduğun
yorğun
canını və
sonra da sürü ayaqlarını get,
dayanmadan get,
usanmadan, yorulmadan yürü,
uzun
boylu kölgələrin arxasınca,..
unutma, kölgələrin
uzandığı yerdə günəş qürub
edər,
və sən də get, qürub et, dünyanın kirini
üstündən
tök, günəşin əyilən,
kölgələri
arxasınca sürüdüyü
çağıyla yaşa və nurlu sabahların
üzünə
günəşlə təzədən
doğul,
sonra da üzü mənə tərəf qayıt,
dipdiri, bakirə,duyğuları kirlənməmiş- içimdə qoruduğum sən
kimi,
tələs,gecikmədən, gözləməyə zamanımız yox,-
zamanın
çarxını şər oğurlamış,
günəş
yerin üzünə hələ belə
doğulmamış,
şərin qarışmasını,
yerin
çökməsini,
insanlığın ölməsini gözləmə,..
tələs,
bir az da tələs, yubanma, savaş ruhumla bir daha
əbədi
sevilməyə tələs,..
yoxsa nə günəşi, nə yeri, nə insanlığı, nədəki
sevgimizi,-
şərdən qorumağa gücümüz
qalmayacaq, nəfəsimiz çatmayacaq,
çünki
günəş də, yer də, insanlıq da, şərdən
qurtulmağa,
sonra da əbədi
bir sevgini yaşamağa hələ də möhtacdır...
Qlobal Dünyanın yoxsa ABŞ-ın Donald Tramp Problemi Dilemması(!)
Qlobal Geo-Siyasi İdarEtmə və Hakimiyyət Düzəninin Süni İntelleket Dominantlığı
ABŞ-İran:Sülhün Gizli Mətni yaxud Cəza Müqaviləsinin Memorandimu
Geo-Siyasi Münaqişələrin Qlobal Aclığ Böhranı yaxud Yeni Dünya Nizamının Ədalətsiz Arxitekturası
Rusiyanın Geosiyasi Perspektivində Taliban yaxud Diplomatiya və Təhlükəsizlik Dinamikasında Qeyri-Sabit Mühitə Hesablanmış Risk
Yaxın Şərq: Müdafiədfən Ambisyaya Keçidin Geo-Siyasi Dizaynı yaxud Yeni Regional Xəritə:Parçalanma,Hedcinq və Çəkindirmə
Ermənistan:Paşinyan Hakimiyyətinin Siyasi DNT-si yaxud Gücün Konsentrasiyası yoxsa Ləkələnmiş Mandat
Çinin İrandan Neft Aslılığının Arxasındakı Qırılan Təchizat Zəncirlərinin Bərpası Strateji Praqmatizmi