9-03-2020, 11:56

Elşad M. Turan




Yenə
tərsə küləklər əsir bu şəhərin
üstünə,
yenə yağışlar yağacaq qadın
sinəsinin
üzərinə, və hələ bir yağışla
izdivaca
da girəcək, adamların acığına,
qadın
ruhuna toxunacaq damcıların
ona
gətirəcək həzziylə, çıxaracaq
dadını,
bu yağışın o ki var,..
beləcə,
aylardır həsrətlə gözlədiyi
baharı,
indi gör necə də, sakitcə, astaca,
oğrun
-oğrun qarşılayır bu şəhər ,
bir
qapıdan aşnasını barmaqlarının
ucundaca
gizli- gizli yola salıb, başqa
bir
qapıdansa, ürəyi ağzından sanki
çıxacaqmış,
oynaşını aşkar-aşkar qarşılayan
qadın
kimi,.. küləklərinin səmti də
bilinmir;
hardan əsir, hara əsir,heç
bilinmir,
bilinmir bu şəhərin,.. xəzrisi
zəhlətökən,
gilavarı ondan da cansıxıcı,
rütubətli,
adamları da necə küləklərinə
bənzəyir,
tez dəyişgən, biganə, meşşan,
indi
bu şəhərdə qadınların eşq
macarası,
baharda həvəslə uzaqlardan
uçub
gələn, payızda da tələm-tələsik
uçub,
isti qucaqlara köç edən
quşların,
vəfası qədərdir dostum,
bu şəhər
zənginlərin əyləncə yeri, yoxsulların
da,
alnına yazılmış əbədi axan göz
yaşlarıdır,
ey uzun boylu adam,
bu
şəhərdə sevgilər bic doğulur,
bu
şəhərdə sevgilərini bic doğur
aşiqlər,
burda sevgilər fahişəyə çevrilir
indi,
mələyi fahişəyə çevirdikləri

sonra da küçəyə atdıqları kimi,
bu
şəhərdə sevgilər də beləcə atılmış
qadın
kimidir,əvvəl sevilir, sonra da
atılır,
həmişəlik unudulur, bir quruşa da
dəymir
dəyəri, çünki bu şəhər duyğuların
zorlandığı,
insanlığın itdiyi, sözün bitdiyi,
sevgilərin
də tükəndiyi şəhərdir, dərdi
özündən
böyük adam, bu şəhərdə sevgilər
eləcə
kəfənsiz, bismillahsız dəfn edilir,
üstündə
ağlayanı da tapılmır, çünki bu
şəhər
Allahsızlar şəhəridir; məscidlərinin
minarələri
göyün gözünü oyar , müəzzinlər
gecə
- gündüz demədən azan səsiylə insanları
Haqqa
çağırar, çağırar, bu səsə
hər
o başdan gözətçi oyaq quşlar
belə
sərsəri olar da, ancaq yüz illərdir,
bu
şəhərdə insanlar haqqa yox,
haqsızlığa
qaçar, yıxılar,ancaq təzədən
ayağa
durar, yenə haqsızlığın üstünə
qaçar,
haqsızlığın qucağına sığınar,
haqsızlıqla
barışar, haqsızlıqda rahatçılıq
tapar,
əməlləri də heç bir hesab
- kitaba
sığmaz ki, sığmaz,
çünki
bu şəhərdə nə haqq var,

də ki, divan , ləyaqətinə
sığınıb,
bir
küncə sıxılan adam, və beləcə,
bu
şəhər, hələ də insanlığı və sevgiləri
qətl
edən qatilləri qoynunda
gizlədən
fahişə kimidir, özünü ləyaqətli
qadın
görkəmində göstərər, ancaq
əsl
xisləti xəyanətkarlıq, bir

ayağı sürüşkənlik, adəti tez
-tez
qucaqlar dəyişmək, özgə
qucaqlarda
ömür sürmək, bir də
ləyaqətli
kişiləri tələyə salmasındadır.....................скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ