Bir vaxtlar Polşanın ən məşhur pianoçu və bəstəkarı olmuş şəxs. Həm də Şopenin bəstələrinin dünyada ən yaxşı ifaçılarından biri.
Sonra diplomat olur. Siyasətə atılır və Polşanın baş naziri seçilir. Bir gün baş nazir kimi Fransada səfərdə olarkən Paris universitetinin musiqi fakültəsində oxuyan bir gənc yanına gəlib:
— Siz o məşhur pianoçu, bəstəkar Paderevski deyilsinizmi? — deyə soruşur.
Paderevski cavab verir:
— Bəli, o mənəm.
— Bəs indi?
— İndi də Polşanın baş naziriyəm.
Gənc kinayə ilə:
— Eləmi? Təəssüf… Nə çox geri getmisiniz… — deyir.
Paderevski o gəncin sözlərini ömrü boyu özünə dərd edir. Bir gün xalqın qarşısında çıxışı zamanı bunları deyir:
— Pianonun dillərini idarə etmək xalqı idarə etməkdən daha çətin imiş. Baş nazir olanda çay olmayan yerə belə körpü tikəcəyinizi vəd edirsən, xalq buna inanır. Xalqı aldadaraq dövləti idarə edə bilirsən. Amma 7 oktavalı bir pianoda Fa dilinə basaraq Do kimi qəbul etdirə bilməzsən.
Notlar sizi gerçəyə, yalnız, gerçəyə, riyazi ölçüyə, nizama, harmoniyaya, melodiyaya doğru — o səsi verə bilmək üçün doğru dilə basmağa məcbur edir. Musiqi sizi yalandan, saxtalıqdan uzaqlaşdırır.
Çevirən: D.H.Museyib
Qlobal Dünyanın yoxsa ABŞ-ın Donald Tramp Problemi Dilemması(!)
Qlobal Geo-Siyasi İdarEtmə və Hakimiyyət Düzəninin Süni İntelleket Dominantlığı
ABŞ-İran:Sülhün Gizli Mətni yaxud Cəza Müqaviləsinin Memorandimu
Geo-Siyasi Münaqişələrin Qlobal Aclığ Böhranı yaxud Yeni Dünya Nizamının Ədalətsiz Arxitekturası
Rusiyanın Geosiyasi Perspektivində Taliban yaxud Diplomatiya və Təhlükəsizlik Dinamikasında Qeyri-Sabit Mühitə Hesablanmış Risk
Yaxın Şərq: Müdafiədfən Ambisyaya Keçidin Geo-Siyasi Dizaynı yaxud Yeni Regional Xəritə:Parçalanma,Hedcinq və Çəkindirmə
Ermənistan:Paşinyan Hakimiyyətinin Siyasi DNT-si yaxud Gücün Konsentrasiyası yoxsa Ləkələnmiş Mandat
Çinin İrandan Neft Aslılığının Arxasındakı Qırılan Təchizat Zəncirlərinin Bərpası Strateji Praqmatizmi