Antarktidanın sərt hava şəraitində yeni bazalar qurmaq o qədər asan deyil, yüngül vaqonlar isə, demək olar, soyuqdan qorumur. Yapon konstruktorları tərəfindən Yer kürəsinin ən soyuq ərazilərində ekspedisiyalar aparmaq üçün hazırlanmış “səyyar ev” layihəsini gələcəkdə Ayda da istifadə etmək planlaşdırılır.
Lent.az “ictnews”a istinadla xəbər verir ki, Yaponiya Dövlət Qütb Araşdırmalar İnstitutunun nümayəndələri və “JAXA” agentliyinin əməkdaşları “səyyar ev” layihəsinin prototipini nümayiş etdiriblər. Ev layihəsi 6,1x2,5x3,05 metrlik iki blokdan ibarətdir.
Hazır konstruksiyanın ümumi ərazisi 33 kv.metr təşkil edir. “Galvalume” örtüklü taxta divarlar -45,3 selsi dərəcə şaxtaya davamlıdır. Hər bir blok havalandırma sistemi, həmçinin istilik və enerji toplayan günəş panelləri ilə təchiz edilib.
Konstruksiya 2020-ci ilin fevralından sentyabrına kimi Antarktidadakı Seva stansiyasında sınaqdan keçiriləcək. Gələcəkdə bu layihənin işləmələrindən Ayda yaşayış binalarının qurulmasında istifadə etmək planlaşdırılır.
Qlobal Dünyanın yoxsa ABŞ-ın Donald Tramp Problemi Dilemması(!)
Qlobal Geo-Siyasi İdarEtmə və Hakimiyyət Düzəninin Süni İntelleket Dominantlığı
ABŞ-İran:Sülhün Gizli Mətni yaxud Cəza Müqaviləsinin Memorandimu
Geo-Siyasi Münaqişələrin Qlobal Aclığ Böhranı yaxud Yeni Dünya Nizamının Ədalətsiz Arxitekturası
Rusiyanın Geosiyasi Perspektivində Taliban yaxud Diplomatiya və Təhlükəsizlik Dinamikasında Qeyri-Sabit Mühitə Hesablanmış Risk
Yaxın Şərq: Müdafiədfən Ambisyaya Keçidin Geo-Siyasi Dizaynı yaxud Yeni Regional Xəritə:Parçalanma,Hedcinq və Çəkindirmə
Ermənistan:Paşinyan Hakimiyyətinin Siyasi DNT-si yaxud Gücün Konsentrasiyası yoxsa Ləkələnmiş Mandat
Çinin İrandan Neft Aslılığının Arxasındakı Qırılan Təchizat Zəncirlərinin Bərpası Strateji Praqmatizmi