Həsən Ruhaniyə qarşı korrupsiya ittihamı
Tarix: 9-10-2021, 04:54
Google+ Paylaş
Tumblr Paylaş

Həsən Ruhaniyə qarşı korrupsiya ittihamı

9-10-2021, 04:54

İran İslam Şurası Məclisinə (parlamentə) Qum şəhərindən seçilən nümayəndə Əhməd Əmirabadi keçmiş Prezident Həsən Ruhanini və neft naziri Bijən Zəncənəni oğurluq və rüşvətxorluqda ittiham edib.

Forpost.az

xəbər verir ki, Mehr agentliyinə müsahibə verən deputat Ə. Əmirabadi bu barədə parlamentdə də məsələ qaldırdığını qeyd edib. O bildirib ki, B. Zəncənə xarici dövlətlərdən birinə məxsus “Crescent” şirkətindən külli miqdarda rüşvət olaraq qaz satışı barədə müqavilə imzalayıb. Müqaviləyə əsasən, İranda hasil olunan qaz həmin şirkətə satılıb və şirkət “mavi yanacağı” baha qiymətə dünya bazarına çıxarıb. Halbuki, B. Zəncənin rəhbərlik etdiyi Neft Nazirliyi qazı özü birbaşa dünya bazarına çıxara bilərdi.

Deputatın sözlərinə görə, bu korrupsiya əməlində keçmiş Prezident Həsən Ruhani də iştirak edib. Ə. Əmirabadi yeni hökuməti bu məsələni araşdırmağa çağırıb.

Qeyd edək ki, İbrahim Rəisi Prezident seçildikdən sonra ölkədə rüşvət və korrupsiyaya qarşı amansız mübarizə aparacağını bəyan edib.скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ