Avropa Parlamenti Avropa İttifaqı (Aİ) ilə ABŞ arasında dəniz ilbizləri və büllur əşyalar kimi məhdud sayda məhsulların gömrük vergilərində güzəştlərin tətbiqi ilə bağlı sazişi təsdiqləyib.
Forpost.az tanınmış icmallara istinadla xəbər verir ki, sazişə əsasən, ABŞ-dan Aİ ölkələrinə idxal edilən canlı və dondurulmuş dəniz ilbizləri üçün tutulan gömrük vergisi 5 il müddətində ləğv olunacaq.
ABŞ isə Aİ-dən idxal olunan hazır yeməklər, büllur şüşə əşyalar və alışqan kimi məhsullara tətbiq edilən gömrük vergisinin dərəcəsini aşağı salacaq.
İllik təxminən 168 milyon avro dəyərində məhsulları əhatə edəcək bu saziş rəmzi məna daşıyır.
Bu addımın atılması Aİ ilə ABŞ arasında 20 ildən çox vaxt ərzində gömrük vergisinin dərəcəsinin azaldılması sahəsində ilk təşəbbüs kimi diqqəti cəlb edir.
Qlobal Dünyanın yoxsa ABŞ-ın Donald Tramp Problemi Dilemması(!)
Qlobal Geo-Siyasi İdarEtmə və Hakimiyyət Düzəninin Süni İntelleket Dominantlığı
ABŞ-İran:Sülhün Gizli Mətni yaxud Cəza Müqaviləsinin Memorandimu
Geo-Siyasi Münaqişələrin Qlobal Aclığ Böhranı yaxud Yeni Dünya Nizamının Ədalətsiz Arxitekturası
Rusiyanın Geosiyasi Perspektivində Taliban yaxud Diplomatiya və Təhlükəsizlik Dinamikasında Qeyri-Sabit Mühitə Hesablanmış Risk
Yaxın Şərq: Müdafiədfən Ambisyaya Keçidin Geo-Siyasi Dizaynı yaxud Yeni Regional Xəritə:Parçalanma,Hedcinq və Çəkindirmə
Ermənistan:Paşinyan Hakimiyyətinin Siyasi DNT-si yaxud Gücün Konsentrasiyası yoxsa Ləkələnmiş Mandat
Çinin İrandan Neft Aslılığının Arxasındakı Qırılan Təchizat Zəncirlərinin Bərpası Strateji Praqmatizmi