İnsan təbiətlə intihara bərabər müharibə aparır.
Forpost.az
“Bəşəriyyət təbiətlə müharibə aparır. Bu intihardır. Təbiət hər zaman cavab zərbəsi endirir və artıq bunu artmaqda davam edən gücü və qüvvəsi ilə edir”, - deyə Antonio Quterreş bildirib. Onun sözlərinə görə, bioloji müxtəliflik dağıdılır, bir milyon növ məhv olmaq təhlükəsi qarşısında qalıb. Ekoloji sistem göz önündə tələf olur, səhralar genişlənir. “Biz hər il 10 milyon hektar meşə sahəsini itiririk”, - deyə BMT-nin Baş katibi əlavə edib.
Antonio Quterreş bildirib ki, plastik tullantılar içərisində boğulan dünya okeanı tükənir və mərcan rifləri məhv olur. Havanın çirklənməsi səbəbindən hər il 9 milyon insan həyatını itirir. İnsanlar heyvanların yaşayış mühitinə daha çox daxil olur və vəhşi təbiəti məhv edir.
“Unutmayaq ki, insan həyatına təhlükə törədən yeni infeksiyaların 75 faizi heyvan mənşəlidir”, - deyə Antonio Quterreş vurğulayıb.
Baş katib qeyd edib ki, Dünya Meteorologiya Təşkilatının və BMT-nin ətraf mühit barədə proqramının iki məruzəsi bəşəriyyətin iqlim fəlakətinə nə qədər yaxın olduğunu göstərir.
Qlobal Dünyanın yoxsa ABŞ-ın Donald Tramp Problemi Dilemması(!)
Qlobal Geo-Siyasi İdarEtmə və Hakimiyyət Düzəninin Süni İntelleket Dominantlığı
ABŞ-İran:Sülhün Gizli Mətni yaxud Cəza Müqaviləsinin Memorandimu
Geo-Siyasi Münaqişələrin Qlobal Aclığ Böhranı yaxud Yeni Dünya Nizamının Ədalətsiz Arxitekturası
Rusiyanın Geosiyasi Perspektivində Taliban yaxud Diplomatiya və Təhlükəsizlik Dinamikasında Qeyri-Sabit Mühitə Hesablanmış Risk
Yaxın Şərq: Müdafiədfən Ambisyaya Keçidin Geo-Siyasi Dizaynı yaxud Yeni Regional Xəritə:Parçalanma,Hedcinq və Çəkindirmə
Ermənistan:Paşinyan Hakimiyyətinin Siyasi DNT-si yaxud Gücün Konsentrasiyası yoxsa Ləkələnmiş Mandat
Çinin İrandan Neft Aslılığının Arxasındakı Qırılan Təchizat Zəncirlərinin Bərpası Strateji Praqmatizmi