Səudiyyə Ərəbistanınından İranın suverenliyinə sarsılmaz mövqe nümayişi
Tarix: 28-01-2026, 14:22
Google+ Paylaş
Tumblr Paylaş

Səudiyyə Ərəbistanınından İranın suverenliyinə sarsılmaz mövqe nümayişi

28-01-2026, 14:22

BAKI, Forpost.az
Səudiyyə Ərəbistanının Vəliəhd Şahzadəsi və Baş naziri Məhəmməd bin Salman bin Əbdüləziz, Krallığın İranın suverenliyinə hörmət edən sarsılmaz mövqeyini bir daha bəyan edib. Şahzadə, hər hansı bir tərəfin İrana qarşı hərbi əməliyyatlar keçirməsi üçün Səudiyyə Ərəbistanının hava məkanının və ya ərazilərinin istifadəsinə qətiyyən icazə verilməyəcəyini vurğulayıb.

Bu mühüm bəyanatlar çərşənbə günü Səudiyyə Ərəbistanı Vəliəhdi ilə İran Prezidenti Məsud Pezeşkian arasında baş tutan telefon danışığı zamanı səsləndirilib.

Telefon danışığı zamanı Məhəmməd bin Salman xüsusi olaraq qeyd edib ki, hücumun haradan və kim tərəfindən gəlməsindən asılı olmayaraq, Krallığın torpaqları İrana qarşı plasdarma çevrilə bilməz. O, bölgədəki münaqişələrin yalnız dialoq yolu ilə həllinə tərəfdar olduqlarını və Səudiyyə Ərəbistanının təhlükəsizlik və sabitliyi gücləndirən hər bir addımı dəstəklədiyini bildirib.

İran Prezidenti Məsud Pezeşkian danışıq zamanı ölkəsindəki son vəziyyət, hökumətin həyata keçirdiyi tədbirlər və xüsusilə nüvə proqramı ilə bağlı aparılan danışıqların gedişatı barədə məlumat verib. Pezeşkian Səudiyyə Ərəbistanına İranın ərazi bütövlüyü və suverenliyinə göstərdiyi hörmətə görə dərin təşəkkürünü bildirib.

İran lideri həmçinin Şahzadə Salmanın bölgədə sülhün və sabitliyin bərqərar olması üçün göstərdiyi şəxsi səyləri və apardığı uğurlu diplomatiyanı yüksək qiymətləndirdiyini vurğulayıb.

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ