Donald Trampın yenidən ABŞ prezidenti seçilməsi ehtimalı var
Tarix: 5-11-2020, 06:12
Google+ Paylaş
Tumblr Paylaş

Donald Trampın yenidən ABŞ prezidenti seçilməsi ehtimalı var

5-11-2020, 06:12

ABŞ-da yerli vaxtla saat 01.30-a olan məlumata görə, Respublikaçılar Partiyasının namizədi Donald Tramp Co Baydenə verilən 237 səs qarşılığında seçkiçilər kollegiyasının 213 səsini toplamağa nail olub.

Tramp Florida, Şimali Karolina, Ohayo, Miçiqan, Pensilvaniya kimi “qərarsız” ştatların səsləri ilə uğur qazandıqdan sonra gözlənilməz nəticələrə nail olub. Qələbə üçün namizədə seçkiçilər kollegiyasının 270 səsini toplamaq vacibdir. Hazırda Baydenin daha çox toplanmış səsə malik olmasına baxmayaraq, səslərin hesablanmasının tam başa çatmadığı ştatlarda rəqəmlər daha çox Trampın xeyrinədir. Səslərin hesablanmasının hələ davam etdiyi ştatlarda Tramp azı 5 faiz bəndi qədər irəlidədir. Hələlik səslərin 3 faizinin hesablandığı Nevada ştatında isə Tramp rəqibini tam 40 faiz qabaqlayır.

Beləliklə, ştatlar üzrə səsvermənin “xəritəsi” getdikcə daha artıq dərəcədə 2016-cı il prezident seçkilərinin nəticələrinə oxşayır. O vaxt Tramp Hillari Klinton üzərində qələbə qazanmışdı.

Prezidentin seçilməsi prosesi davam edir. Belə ki, seçki dairələrinin bəzisi seçkilərin nəticələrini hələ təqdim etməyib.скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ