İtaliya-ABŞ arasında "Makaron Savaşı "
Tarix: 6-10-2025, 10:12
Google+ Paylaş
Tumblr Paylaş

İtaliya-ABŞ arasında "Makaron Savaşı "

6-10-2025, 10:12

İtaliya ABŞ hakimiyyətinin makaron idxalına tətbiq etdiyi əlavə antidempinq tarifindən son dərəcə narahatdır.

Məlumatı İtaliyanın Xarici İşlər Nazirliy yayıb.

Nazirlik qeyd edib ki, yeni tariflər ABŞ-da italyan makaronunun qiymətini demək olar ki, iki dəfə artıracaq. Bəyanata əsasən, Roma Vaşinqtona təzyiq göstərmək üçün Avropa Komissiyası ilə sıx əməkdaşlıq edir.

Öz növbəsində ABŞ Ticarət Departamenti əlavə antidempinq tarifinin tətbiqini özünəməxsus şəkildə izah verib. Departamentə görə, iki iri İtaliya istehsalçısı Amerika bazarına çıxarılan məhsulları süni şəkildə aşağı qiymətlərlə satış edirmiş. Yeni tariflər isə İtaliya makaronunun qiymətini 91,74% artıracaq.скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ