Əminə Ərdoğan Melaniya Trampa  məktub yazdı
Tarix: 24-08-2025, 17:48
Google+ Paylaş
Tumblr Paylaş

Əminə Ərdoğan Melaniya Trampa məktub yazdı

24-08-2025, 17:48


Türkiyənin birinci xanımı Əminə Ərdoğan ABŞ-nin birinci xanımı Melaniya Trampa məktub göndərib.

Məktubla bağlı Türkiyə Prezident administrasiyası məlumat yayıb.

Ə.Ərdoğan Melaniyanın Rusiya Prezidenti Vladimir Putinə yazdığı məktubdan “ilhamlanıb”.

"İnanıram ki, sizin 648 ukraynalı uşağa göstərdiyiniz həssaslıq Qəzzaya da şamil olunacaq", - məktubda deyilir.

Türkiyənin birinci xanımı, həmçinin məsələ ilə bağlı İsrailin Baş naziri Benyamin Netanyahu ilə əlaqə saxlamağa çağırıb və qeyd edib ki, Qəzzadakı vəziyyətin həlli Fələstin xalqı qarşısında tarixi məsuliyyətə uyğun olacaq.





скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ