Çin Əfqanıstanın "Bir kəmər, bir yol" layihəsində iştirakında və Kabulla müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsində maraqlıdır.
Bu haqda Çinin XİN başçısı Van İ Kabulda əfqanıstanlı həmkarı Əmir Xan Muttaki ilə danışıqlar zamanı bildirib.
Xüsusilə tərəflər iki ölkə arasında müxtəlif sahələrdə ikitərəfli əməkdaşlığın genişləndirilməsini müzakirə ediblər.
"Pekin Əfqanıstanın müvafiq qurumları ilə faydalı qazıntıların kəşfiyyatı və hasilatı sahəsində əməkdaşlığın genişləndirilməsində maraqlıdır", - Van İ qeyd edib.
O əlavə edib ki, hər iki ölkənin müvafiq qurumları Əfqanıstandan Çinə ixracın artırılması üzərində işləyir.
Əmir Xan Muttaki nəqliyyat, iqtisadiyyat və ticarət sahələrində Çinlə əməkdaşlığın genişləndirilməsi ilə bağlı təkliflərini təqdim edib.
"Çin Əfqanıstanın ticarət tərəfdaşıdır, bu ölkə ilə illik ticarət dövriyyəsi bir milyard dollara çatır", - Əfqanıstan XİN başçısı vurğulayıb.
Qlobal Dünyanın yoxsa ABŞ-ın Donald Tramp Problemi Dilemması(!)
Qlobal Geo-Siyasi İdarEtmə və Hakimiyyət Düzəninin Süni İntelleket Dominantlığı
ABŞ-İran:Sülhün Gizli Mətni yaxud Cəza Müqaviləsinin Memorandimu
Geo-Siyasi Münaqişələrin Qlobal Aclığ Böhranı yaxud Yeni Dünya Nizamının Ədalətsiz Arxitekturası
Rusiyanın Geosiyasi Perspektivində Taliban yaxud Diplomatiya və Təhlükəsizlik Dinamikasında Qeyri-Sabit Mühitə Hesablanmış Risk
Yaxın Şərq: Müdafiədfən Ambisyaya Keçidin Geo-Siyasi Dizaynı yaxud Yeni Regional Xəritə:Parçalanma,Hedcinq və Çəkindirmə
Ermənistan:Paşinyan Hakimiyyətinin Siyasi DNT-si yaxud Gücün Konsentrasiyası yoxsa Ləkələnmiş Mandat
Çinin İrandan Neft Aslılığının Arxasındakı Qırılan Təchizat Zəncirlərinin Bərpası Strateji Praqmatizmi