Böyük Britaniya ABŞ-a ət ixracına  başlayıb
Tarix: 30-09-2020, 21:40
Google+ Paylaş
Tumblr Paylaş

Böyük Britaniya ABŞ-a ət ixracına başlayıb

30-09-2020, 21:40

Böyük Britaniya 24 ildən sonra Birləşmiş Ştatlara mal əti ixracını bərpa edib. İxrac 1996-cı ildə Avropa İttifaqı ölkələrindən ABŞ-a mal ətinin gətirilməsinə qoyulan qadağa səbəbindən dayandırılmışdı.

Forpost.az xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə Böyük Britaniya hökumətinin saytında dərc olunan press-relizdə deyilir.

Avropa İttifaqı ölkələrindən ABŞ-a mal ətinin gətirilməsinə qoyulan qadağa iribuynuzlu mal-qara arasında “dəli dana” xəstəliyinin yayılması ilə əlaqədar idi. London 2020-ci ilin martında Avropa İttifaqını tərk etdikdən sonra Britaniyada istehsal olunan ət məhsullarının ABŞ bazarında satışına icazə verilib. İlkin hesablamalara görə, Birləşmiş Krallıqdan ABŞ-a mal əti ixracının həcmi yaxın beş ildə 66 milyon funt-sterlinqə (84,6 milyon dollar) çatacaq.


Hazırda iki ölkə arasında azad ticarət barədə sazişin imzalanması üçün danışıqlar aparılır. Böyük Britaniyanın Avropa İttifaqını tərk etməsi onun bütün dünya ölkələri ilə ticarət sazişləri imzalamasına imkan verib. Birləşmiş Krallıq və ABŞ arasında ümumi ticarət həcmi 2018-ci ildə 201,6 milyard funt-sterlinq (258,9 milyard dollar) təşkil edib. Vaşinqton Londonun ən iri ticarət tərəfdaşıdır.скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ