Türkiyənin Marmara bölgəsində 1999-cu ildə baş verən zəlzələdən sonra aparılan araşdırmalar onu göstərir ki, qarşıdan gələn 30 il ərzində bu bölgədə dağıdıcı yeraltı təkanların baş vermə ehtimalı 60-65 faizdir.
Bu fikirləri türkiyəli professor Süleyman Pampal ifadə edib.
Türkiyədə coğrafi yerləşmə baxımından yeraltı təkanların tez-tez baş verdiyini deyən professor hazırda Mərmərə bölgəsi üzrə seysmik xətdə boşluqların yarandığını, məhz bu səbəbdən Anadolunun şimalında baş verəcək yeraltı təkanların Mərmərə bölgəsinə təsir edə biləcəyini deyib. Qeyd edilib ki, belə olacağı təqdirdə, Mərmərə dənizinin İstanbulun Silivri rayonu sahillərinə yaxın bölgəsində 7-7,5 bal gücündə yeraltı təkanların olma ehtimalı istisna deyil.
S.Pampal Türkiyənin, əsasən, Ərzincan və Bingöl vilayətlərini əhatə edən “Yedisu” seysmik xəttində də boşluqların olduğunu və bu xəttin 7 baldan yüksək yeraltı təkanlara səbəb ola biləcəyini vurğulayıb.
Ölkə ərazisindən keçən “Duz gölü” seysmik xətti haqqında danışan professor bu xəttin də Ankara və ətraf bölgələr üçün risk mənbəyi olduğunu ifadə edib.
Qlobal Dünyanın yoxsa ABŞ-ın Donald Tramp Problemi Dilemması(!)
Qlobal Geo-Siyasi İdarEtmə və Hakimiyyət Düzəninin Süni İntelleket Dominantlığı
ABŞ-İran:Sülhün Gizli Mətni yaxud Cəza Müqaviləsinin Memorandimu
Geo-Siyasi Münaqişələrin Qlobal Aclığ Böhranı yaxud Yeni Dünya Nizamının Ədalətsiz Arxitekturası
Rusiyanın Geosiyasi Perspektivində Taliban yaxud Diplomatiya və Təhlükəsizlik Dinamikasında Qeyri-Sabit Mühitə Hesablanmış Risk
Yaxın Şərq: Müdafiədfən Ambisyaya Keçidin Geo-Siyasi Dizaynı yaxud Yeni Regional Xəritə:Parçalanma,Hedcinq və Çəkindirmə
Ermənistan:Paşinyan Hakimiyyətinin Siyasi DNT-si yaxud Gücün Konsentrasiyası yoxsa Ləkələnmiş Mandat
Çinin İrandan Neft Aslılığının Arxasındakı Qırılan Təchizat Zəncirlərinin Bərpası Strateji Praqmatizmi