ABŞ "Tik Tok "video paylaşım şəbəkəsinin və  "WeCaht " messencerinin fəaliyyətinin dayandıracağını bildirib
Tarix: 19-09-2020, 10:34
Google+ Paylaş
Tumblr Paylaş

ABŞ "Tik Tok "video paylaşım şəbəkəsinin və "WeCaht " messencerinin fəaliyyətinin dayandıracağını bildirib

19-09-2020, 10:34

ABŞ-ın Ticarət Nazirliyi sentyabrın 20-dən etibarən ölkədə “Tik-tok” video paylaşım şəbəkəsinin və “WeChat” messencerinin fəaliyyətinin dayandırılacağını haqqında qəti qərarını verib.

Forpost.az Çin Mərkəzi Televiziyasına istinadla xəbər verir ki, bu qərar Ağ Evin Çinə məxsus olan “Tik-tok” əlavəsinin ABŞ seqmentinin “Oracle” şirkətinə satılması ilə bağlı məsələyə mövqe bildirməsinin gözlənildiyi günə - sentyabrın 17-nə təsadüf edir. Nazirliyin qərarından “Tik-tok” əlavəsinin ABŞ seqmentinin Birləşmiş Ştatlar şirkətinə satılması ilə bağlı sövdələşməyə razılıq verilib-verilmədiyi bəlli olmur. Rəsmi Vaşinqton “Tik-tok” əlavəsinin sahibi olan Çinin “ByteDance” kompaniyasına sosial şəbəkənin ABŞ seqmentinin satılması üçün verdiyi vaxt məhz sentyabrın 20-də başa çatır.

“ByteDance” şirkətinin sentyabrın 17-də yaydığı açıqlamada deyilir ki, sövdələşmə üçün ABŞ və Çin səlahiyyətli qurumlarının razılığı lazımdır.



Qeyd edək ki, avqustun 6-da ABŞ Prezidenti Donald Tramp əməliyyat servisinin Amerika şirkətinə satılmayacağı təqdirdə “Tik-tok”un Birləşmiş Ştatlarda bloklanmasını nəzərdə tutan fərman imzalayıb. Rəsmi Vaşinqtonun fikrincə, “Tik-tok” və “WeChat” vasitəsilə dezinformasiya yayıla, həmçinin istifadəçilər barədə məlumatlar Çin hakimiyyətinə ötürülə bilər. Sosial şəbəkənin nümayəndələri isə bu fikirlə qətiyyən razılaşmırlar.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ