“Siemens Gamesa” dünyada ən güclü külək turbininin quraşdırılmasını başa vurdu. Bununla da Çin istehsalçılarına meydan oxudu. Avropa şirkətləri əsasən 14-15 MVt gücündə külək turbinləri istehsal etdiyi halda, “Siemens Energy”nin törəmə şirkəti Danimarka sularında 21,5 meqavatlıq turbin quraşdırıb.
Çin şirkətləri, o cümlədən “Dongfang Electric” və “MingYang” ən güclü külək turbinlərinin istehsalı üzrə dünya lideri idilər. Onların aktivlərinə gücü 18-20 MVt olan külək turbinləri, həmçinin 26 meqavatlıq turbin tikmək planları daxildir. Ayrı-ayrı turbinlər nə qədər güclüdürsə, istehsal etdikləri enerji də bir o qədər ucuzdur. Baxmayaraq ki, hündürlüyü Eyfel qülləsi ilə müqayisə edilə bilən siklop konstruksiyaların daşınması və quraşdırılması xərcləri kifayət qədər yüksəkdir və texnoloji çətinliklərlə bağlıdır.
Avropa külək turbinləri istehsalçısı yüksək güclü qurğuların quraşdırılması və istismarının mürəkkəbliyini dərk edir. Buna görə də, “Siemens Energy” 21,5 meqavatlıq turbinlərin kommersiya istehsalına başlanılıb-başlanılmaması ilə bağlı hələlik yekun qərar qəbul etməyib. İlk qurğu texnologiyaların bir növ sınaq meydanına çevriləcək. Onun istismarı və inkişafı üçün lisenziya Danimarka dövlət orqanları tərəfindən 2027-ci ilə qədər verilib. Bu müddət ərzində şirkət bu cür turbinlərin kütləvi istehsalına başlamaq və ya daha az gücə malik aqreqatların istehsalına diqqətini cəmləmək barədə qərar verəcək.
Qlobal Dünyanın yoxsa ABŞ-ın Donald Tramp Problemi Dilemması(!)
Qlobal Geo-Siyasi İdarEtmə və Hakimiyyət Düzəninin Süni İntelleket Dominantlığı
ABŞ-İran:Sülhün Gizli Mətni yaxud Cəza Müqaviləsinin Memorandimu
Geo-Siyasi Münaqişələrin Qlobal Aclığ Böhranı yaxud Yeni Dünya Nizamının Ədalətsiz Arxitekturası
Rusiyanın Geosiyasi Perspektivində Taliban yaxud Diplomatiya və Təhlükəsizlik Dinamikasında Qeyri-Sabit Mühitə Hesablanmış Risk
Yaxın Şərq: Müdafiədfən Ambisyaya Keçidin Geo-Siyasi Dizaynı yaxud Yeni Regional Xəritə:Parçalanma,Hedcinq və Çəkindirmə
Ermənistan:Paşinyan Hakimiyyətinin Siyasi DNT-si yaxud Gücün Konsentrasiyası yoxsa Ləkələnmiş Mandat
Çinin İrandan Neft Aslılığının Arxasındakı Qırılan Təchizat Zəncirlərinin Bərpası Strateji Praqmatizmi