Böyük Britaniya və Yaponiya  azad ticarət müqaviləsi haqqında razılğa nail olublar
Tarix: 11-09-2020, 15:38
Google+ Paylaş
Tumblr Paylaş

Böyük Britaniya və Yaponiya azad ticarət müqaviləsi haqqında razılğa nail olublar

11-09-2020, 15:38

Böyük Britaniya və Yaponiya azad ticarət müqaviləsi haqqında razılığa nail olublar. Bu, Birləşmiş Krallığın Avropa İttifaqından çıxmasından sonra ilk ən böyük ticarət müqaviləsidir.
Forpost.az xəbər verir ki, bu barədə Britaniyanın Xarici Ticarət Nazirliyi məlumat yayıb. Məlumata əsasən, müqavilə sayəsində Britaniya Yaponiya ilə ticarət dövriyyəsini təxminən 15,2 milyard avro (20 milyard dollara yaxın) artıra biləcək. Habelə Birləşmiş Krallığın ixrac mallarına tariflərin 99 faizi ləğv olunacaq.

Müqavilənin imzalanmasına dair prinsipial razılıq cümə günü Britaniyanın Xarici Ticarət naziri Elizabet Trass və Yaponiyanı Xarici İşlər naziri Toşimitsu Moteqinin videoəlaqə formatında danışıqları zamanı əldə edilib. Britaniya tərəfinin məlumatına görə, 2019-cu ildə iki ölkə arasında ticarət dövriyyəsi 31,6 milyard avro (41 milyard dollar) olub.

Britaniyalı nazir razılaşmanı Birləşmiş Krallıq və Yaponiya üçün tarixi hadisə adlandırıb.

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ