
ABŞ Suriyanın şimalında "Barış bulağı" əməliyyatına başlaması ilə əlaqədar Türkiyəyə qarşı bu il oktyabrın 14-də elan etdiyi sanksiyaları ləğv edib.
APA-nın məlumatına görə, bu barədə ABŞ Prezidenti Donald Tramp bildirib.
D. Tramp bəyan edib ki, sanksiyaların ləğv olunması ilə bağlı maliyyə nazirinə göstəriş verib: "Maliyyə naziri Stiven Mnuçinə göstəriş verdim ki, Türkiyəyə qarşı oktyabrın 14-dən tətbiq edilən bütün sanksiyaları ləğv etsin".
Bununla belə, ABŞ lideri qeyd edib ki, Türkiyənin Suriyada atdığı addımlar qənaətbəxş olmayacağı təqdirdə, sanksiyalar bərpa oluna bilər.
D. Tramp digər ölkələri Suriya ilə sərhədlərinə nəzarəti gücləndirməkdə Türkiyəyə yardım göstərməyə də çağırıb.
Qeyd edək ki, Vaşinqton Suriyada həyata keçirilən “Barış bulağı” hərbi əməliyyatı ilə əlaqədar oktyabrın 14-də Türkiyənin Müdafiə Nazirliyinin, Enerji və Təbii Sərvətlər Nazirliyinin, eyni zamanda Müdafiə naziri Hulusi Akar, Enerji və Təbii Sərvətlər naziri Fatih Donmez və Daxili İşlər naziri Süleyman Soylunun adını sanksiya siyahısına daxil etmişdi.
Qlobal Dünyanın yoxsa ABŞ-ın Donald Tramp Problemi Dilemması(!)
Qlobal Geo-Siyasi İdarEtmə və Hakimiyyət Düzəninin Süni İntelleket Dominantlığı
ABŞ-İran:Sülhün Gizli Mətni yaxud Cəza Müqaviləsinin Memorandimu
Geo-Siyasi Münaqişələrin Qlobal Aclığ Böhranı yaxud Yeni Dünya Nizamının Ədalətsiz Arxitekturası
Rusiyanın Geosiyasi Perspektivində Taliban yaxud Diplomatiya və Təhlükəsizlik Dinamikasında Qeyri-Sabit Mühitə Hesablanmış Risk
Yaxın Şərq: Müdafiədfən Ambisyaya Keçidin Geo-Siyasi Dizaynı yaxud Yeni Regional Xəritə:Parçalanma,Hedcinq və Çəkindirmə
Ermənistan:Paşinyan Hakimiyyətinin Siyasi DNT-si yaxud Gücün Konsentrasiyası yoxsa Ləkələnmiş Mandat
Çinin İrandan Neft Aslılığının Arxasındakı Qırılan Təchizat Zəncirlərinin Bərpası Strateji Praqmatizmi