Aprelin 5-də Brüsseldə Ermənistanın baş naziri Nikol Paşinyan, ABŞ-nin dövlət katibi Antoni Blinken və Avropa Komissiyasının sədri Ursula fon der Lyayenin iştirakı ilə keçiriləcək üçtərəfli görüşə Azərbaycan və Türkiyənin dəvət edilməməsinin arxasında
.Bunu açıqlamasında beynəlxalq əlaqələr üzrə türkiyəli mütəxəssis İsmail Cingöz bildirib.
Onun fikrincə, bu görüş Qafqazda yeni bir nifaq toxumu səpməyə cəhddir: “Brüsseldə üçlü formatda danışıqların aparılacağı elan edildiyi ilk gündən məlum oldu ki, Qafqazda təhlükəsizliyin bərpası üçün heç bir müsbət addım atılmayacaq. İkinci Qarabağ müharibəsi Azərbaycanın haqlı zəfəri ilə bitsə də, Ermənistan sülh müqaviləsini imzalamayıb. Bu mövzuda danışıqlar, eyni zamanda dövlət sərhədinin delimitasiyası üzrə Azərbaycan və Ermənistanda yaradılmış komissiyaların görüşləri, müzakirələri davam edir. Bu şəraitdə belə Ermənistan israrla Türkiyədən iki ölkə arasında normallaşma və sərhədlərin açılması tələbini dilə gətirir. Üçlü görüşün keçirilməsi regionda sülh və sabitliyin bərqərar olunmasına deyil, əksinə, yeni qarşıdurma yaratmağa yönəlib”.
Qlobal Dünyanın yoxsa ABŞ-ın Donald Tramp Problemi Dilemması(!)
Qlobal Geo-Siyasi İdarEtmə və Hakimiyyət Düzəninin Süni İntelleket Dominantlığı
ABŞ-İran:Sülhün Gizli Mətni yaxud Cəza Müqaviləsinin Memorandimu
Geo-Siyasi Münaqişələrin Qlobal Aclığ Böhranı yaxud Yeni Dünya Nizamının Ədalətsiz Arxitekturası
Rusiyanın Geosiyasi Perspektivində Taliban yaxud Diplomatiya və Təhlükəsizlik Dinamikasında Qeyri-Sabit Mühitə Hesablanmış Risk
Yaxın Şərq: Müdafiədfən Ambisyaya Keçidin Geo-Siyasi Dizaynı yaxud Yeni Regional Xəritə:Parçalanma,Hedcinq və Çəkindirmə
Ermənistan:Paşinyan Hakimiyyətinin Siyasi DNT-si yaxud Gücün Konsentrasiyası yoxsa Ləkələnmiş Mandat
Çinin İrandan Neft Aslılığının Arxasındakı Qırılan Təchizat Zəncirlərinin Bərpası Strateji Praqmatizmi