Fransız zorakılğına qarşı etiraz dalğası
Tarix: 3-03-2024, 07:51
Google+ Paylaş
Tumblr Paylaş

Fransız zorakılğına qarşı etiraz dalğası

3-03-2024, 07:51

2022-ci il martın 2-də İvan Kolonna (Yvan Colonna) Arle həbsxanasında hücuma məruz qaldı və aldığı xəsarətlərdən həlak oldu. Bu sui-qəsd Korsikada görünməmiş xalq qəzəbinə səbəb oldu və adada üsyanlar başladı. Buna cavab olaraq, Fransa hökuməti muxtariyyətlə bağlı Bovo (Bauveau) prosesinə start verdi və parlament araşdırması aparıldı. İvan Kolonnanın ölümündən iki il keçməsinə baxmayaraq, bu qətl hadisəsi ilə bağlı cavabsız suallara, eləcə də qaranlıq məqamlara hələ də aydınlıq gətirilməyib.

C

ari ilin yanvarın 30-da daha 2 korsikalı fəalın fransız polisi tərəfindən zorakılıqla saxlanılaraq həbs edilməsi korsikalıların səbir kasasını daşırdı. Yanvarın 30-da polis zorakı şəkildə gənc fəallardan birinin evinə soxularaq, onu uşağının gözü qarşısında yerə yıxaraq, əllərini qandallayıb. Eyni zamanda, evi alt-üst edərək, qapını sındırıblar. Halbuki, gənc fəal evdə həyat yoldaşı və kiçik yaşlı övladı ilə olub. Polis onu zorakılıq törətmədən də saxlaya bilərdi.

Fransız hökumətinin və polisinin bu zorakı hərəkətlərinə etiraz olaraq korsikalılar etiraz nümayişinə çıxıblar. Həmçinin, nümayişçilər həbs edilən fəalların terrorçu kimi təsnif edilməsinə etirazlarını bildirirlər. Onlar Korsika məsələsinin siyasi həllini tələb edirlər.

Nümayişçilər “Fransa qatildir!”, “Rədd olsun Fransa!”, “Zorakılığa son!”, “Repressiyaya son!” deyərək, mövcud vəziyyətdən cana doyduqlarını bildiriblər.

Ədliyyə Sarayı qarşısında başlayan nümayişin iştirakçıları şəhər mərkəzindən keçərək prefekturanın binası qarşısına gəliblər. Burada onlar tələblərini yüksək səslə Fransa hökumətinə eşitdirməyə çalışıblar. Nümayiş korteji Yuxarı Korsika prefekturasının qarşısına çatanda polis və nümayişçilər arasında toqquşma baş verib. Toqquşma zamanı polis gözyaşardıcı qazdan, su şırnağından, eləcə də rezin güllələrdən istifadə edib. Nümayişçilər isə polisə qarşı molotov kokteyli atıblar.

Nümayiş Patriotti kollektivi, Associu Sulidarita və Nazione müstəqillik partiyalarının çağırışı ilə təşkil olunub.

18:04

Bastiada polis tərəfindən saxlanılmış və həbs olunmuş korsikalı fəalların azad edilməsi tələbi ilə nümayiş keçirilir.

Yeni Kaledoniyadan olan Yerli Fəaliyyət Koordinasiya Təşkilatının (CCAT) üzvləri də korsikalı həmkarlarına dəstək üçün etiraz nümayişinə qatılıblar.

Bastiada Ədliyyə məhkəməsi qarşısına toplaşmış nümayişçilər iki korsikalı fəalın - Anto Simoni və Nikolas Pinzutinin azadlığa buraxılmasını tələb edirlər.

Qeyd edək ki, yanvarın 30-da fransız polisi zorakı şəkildə Anto Simoninin evinə soxularaq qapısını qırmış, onu uşağının gözü qarşısında təhqiramiz formada saxlamış, övladının oyuncağını sındırmış, eləcə də evini alt-üst etmişdi.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ