.
Bu məlumat “FujiTV” və “Sankei” qəzetinin keçirdiyi ictimai rəy sorğusunun nəticələrində öz əksini tapıb.
Rəyi soruşulan vətəndaşların 46,3 faizi Yaponiyanın hökumət başçısının hakim Liberal Demokratik Partiyanın sədri kimi üç illik səlahiyyət müddətinin başa çatdığı 2024-cü ilin sentyabrınadək Baş nazir postunda fəaliyyətini davam etdirməsinin tərəfdarıdır. Eyni zamanda, respondentlərin yalnız 2,5 faizi Fumio Kişidanı növbəti dəfə Yaponiyanın Baş naziri vəzifəsində görmək istəyir.
Dekabrın 9-10-da stasionar və mobil telefonlar vasitəsilə təsadüfi seçmə üsulu ilə keçirilən sorğuda minə yaxın Yaponiya vətəndaşı iştirak edib.
Qeyd edək ki, Fumio Kişidanın reytinqinin aşağı düşməsinin əsas səbəblərindən biri hakim Liberal Demokrat Partiyasının (LDP) və sabiq Baş nazir Sindzo Abenin ən böyük partiyadaxili fraksiyasının ətrafında yaranan qalmaqal olub.
LDP-nin fraksiyaları öz üzvləri üçün təşkil etdiyi ziyafətlərə bilet satmaqla vəsait toplama kvotası təyin edib. Bəzi siyasətçilər kvotanı artıqlaması ilə yerinə yetirir. Faktiki toplanan vəsaitlə müəyyən edilən kvota arasındakı fərq maliyyə sənədlərində əks olunmadığı üçün onun siyasətçilərə zərf şəklində qaytarıldığı və ya gizli siyasi fondlar üçün vəsait kimi istifadə oluna biləcəyi iddia edilir.