Rəcəb Tayyib Ərdoğan taxıl sazişinin uzadılacağına ümidini ifadə edib
Tarix: 2-05-2023, 13:10
Google+ Paylaş
Tumblr Paylaş

Rəcəb Tayyib Ərdoğan taxıl sazişinin uzadılacağına ümidini ifadə edib

2-05-2023, 13:10

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan fəaliyyət müddəti mayın 18-də başa çatacaq

.

Rəcəb Tayyib Ərdoğan bu barədə ТRТ Turk telekanalının efirində deyib.

“Həm əsir mübadiləsi, həm də taxıl sazişinin təşkili zamanı Ukrayna və Rusiya dövlət başçıları arasında yaradılan əlverişli atmosferdən istifadə etdik. Biz bu istiqamətdə fəaliyyətimizi davam etdiririk və taxıl sazişinin uzadılacağını düşünürük”, - deyə Türkiyə Prezidenti bildirib.

Ötən həftə bu mövzu Rəcəb Tayyib Ərdoğanla rusiyalı həmkarı arasında telefon danışığı zamanı müzakirə olunub. Prezident Vladimir Putinin mətbuat katibi Dimitri Peskov taxıl sazişinin Rusiya taxılının və gübrəsinin tədarükü üçün maneələrin aradan qaldırılması ilə bağlı hissəsinin yerinə yetirilmədiyini və bu planda onun uzadılması perspektivinin çox da yaxşı olmadığını deyib. “Hurriyet” qəzetinin məlumatına görə, Ankara yaxın günlərdə problemi BMT, ABŞ və Böyük Britaniya nümayəndələri ilə müzakirə edəcək.

Xatırladaq ki, taxıl sazişi 2022-ci il iyulun 22-də İstanbulda bağlanıb. O vaxt BMT, Rusiya, Türkiyə və Ukraynanın iştirakı ilə iki sənəd imzalanıb. Onlardan biri Ukrayna taxılının ixracı üçün dəhlizin yaradılması, digəri Rusiya ərzaq və gübrəsinin ixracı barədə idi. O vaxtdan bəri Moskva dəfələrlə bildirib ki, sövdələşmənin Rusiya hissəsi işləmir.

Bu il martın 18-də sazişin müddəti bitəndə BMT onun 120 gün uzadılmasını istəsə də, Rusiya müqaviləni 60 gün uzatmağa razılaşıb.скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ