16-04-2023, 00:58

Sudanda xüsusi təyinatlı qüvvələrlə ordu birləşmələri arasında qarşıdurma kəskinləşib.

xüsusi təyinatlı qüvvələrin nümayəndəsi qərargahlarının ordu tərəfindən hücuma məruz qaldığını bildirib və dəstək üçün xalqa müraciət edib. Sudanın hökumət ordusu məlumatı təsdiqləsə də, bunun xüsusi təyinatlıların hücumuna cavab olduğunu deyib.

Xüsusi təyinatlı qüvvələr paytaxt Xartum və ölkənin şimalındakı Merove şəhərlərindəki aeroportları nəzarət altına alıb. Sudan ordusu isə Xartumdakı prezident sarayına gedən yolları bağlayıb və sarayı zirehli texnikalarla mühasirəyə alıb. Şəhərin müxtəlif rayonlarında döyüşlər gedir. Xüsusi təyinatlıların 80-dən çox nəqliyyat vasitəsi məhv edilib. Sudan həkimləri komitəsinin nümayəndəsi təcili xidmət mərkəzinə onlarla yaralının gətirildiyini bildirib.

Qeyd edək ki, xüsusi təyinatlılar vahid orduya birləşmək ideyasını dəstəkləmir. Eyni zamanda silahlı qüvvələrə rəhbərlik edəcək şəxsin mülki və ya hərbçi olması ilə bağlı fikir ayrılığı mövcuddur.

Aprelin əvvəlində tərəflər arasında imzalanmalı olan müqavilə fikir ayrılıqları səbəbindən iki dəfə təxirə salınıb. Aprelin 12-dən 13-nə keçən gecə Sudan ordusu Merove şəhərini tərk etmələri barədə xüsusi təyinatlılara ultimatum irəli sürüb.скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ