Ukrayna Prezidenti Volodimir Zelenski hesab edir ki, hərbi əməliyyatları dayandırmaq vaxtı çatıb, lakin Kiyev “Minsk-3” kimi saziş imzalamayacaq.
Ukrinform agentliyi xəbər verir ki, Ukrayna Prezidenti bu fikirləri G20 sammitində videoəlaqə vasitəsilə çıxışında səsləndirib.
Onun sözlərinə görə, Ukrayna “Minsk-3” kimi sazişlərin imzalanmasına razı olmayacaq, Kiyevin 10 bənddən ibarət öz “sülh planı” var. Onlara nüvə, ərzaq və enerji təhlükəsizliyinin təmin edilməsi, saxlanılan şəxslərin “hamını hamıya” prinsipinə əsasən dəyişdirilməsi, Ukraynanın ərazi bütövlüyünün bərpası daxildir.
Volodimir Zelenski bir daha xatırladıb ki, Kiyev ona beynəlxalq təhlükəsizlik zəmanəti vermilməsində israrlıdır və müvafiq sənədin layihəsini hazırlayıb.
“Biz Avro-Atlantik məkanda təhlükəsizlik arxitekturasının əsas elementlərini, o cümlədən Ukrayna üçün təminatları birləşdirmək üçün Kiyev Beynəlxalq Təhlükəsizlik Konfransını keçirməliyik”, - deyə o əlavə edib. Ukrayna liderinin sözlərinə görə, Kiyev bu tədbiri istənilən vaxt, hətta bu il də keçirməyə hazırdır.
Qlobal Dünyanın yoxsa ABŞ-ın Donald Tramp Problemi Dilemması(!)
Qlobal Geo-Siyasi İdarEtmə və Hakimiyyət Düzəninin Süni İntelleket Dominantlığı
ABŞ-İran:Sülhün Gizli Mətni yaxud Cəza Müqaviləsinin Memorandimu
Geo-Siyasi Münaqişələrin Qlobal Aclığ Böhranı yaxud Yeni Dünya Nizamının Ədalətsiz Arxitekturası
Rusiyanın Geosiyasi Perspektivində Taliban yaxud Diplomatiya və Təhlükəsizlik Dinamikasında Qeyri-Sabit Mühitə Hesablanmış Risk
Yaxın Şərq: Müdafiədfən Ambisyaya Keçidin Geo-Siyasi Dizaynı yaxud Yeni Regional Xəritə:Parçalanma,Hedcinq və Çəkindirmə
Ermənistan:Paşinyan Hakimiyyətinin Siyasi DNT-si yaxud Gücün Konsentrasiyası yoxsa Ləkələnmiş Mandat
Çinin İrandan Neft Aslılığının Arxasındakı Qırılan Təchizat Zəncirlərinin Bərpası Strateji Praqmatizmi