26-09-2022, 07:18

Bolqarıstanın cənub-şərqində qeyri-qanuni miqrant axını ilə əlaqədar fövqəladə vəziyyət elan edilib.

M

əlumatlara görə, bu gündən etibarən yerli sərhəd polisi, jandarma və meşə təsərrüfatının qüvvələri, həmçinin müvafiq rayonda yerləşən ordu hissələri yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib. “Biz sərhədlərimizi qeyri-qanuni mühacirlərdən qorumaq üçün fəal hərəkətlərə keçirik”, - deyə Bolqarıstan Daxili İşlər Nazirliyinin rəhbəri İvan Demerciev bildirib. Rəsmi məlumata görə, Bolqarıstan-Türkiyə və Bolqarıstan-Yunanıstan sərhədlərində ölkənin Burqas, Yambol və Haskovo bölgələrində müvafiq məhdudiyyətlər tətbiq edilib.

Qeyd edək ki, Bolqarıstan hakimiyyəti son iki ay ərzində ölkənin cənub-şərqində ümumilikdə 2,5 mindən çox qeyri-qanuni miqrantın saxlanıldığı barədə məlumat verib.скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ