Hərbi rəhbərlər eləcə də tərəflərin hərbi fəaliyyətlərinin doğurduğu insidentlərin aradan qaldırılması üçün addımları da müzakirə ediblər
Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-polkovnik Valeri Gerasimovla NATO-nun Avropadakı Müttəfiq Qüvvələrinin Baş Komandanı Tod Uolter Bakıda görüşərək strateji sabitlik, böhranlı regionlardakı vəziyyət barədə fikir mübadiləsi aparıblar.
Forpost,- bildirir ki, bu barədə Rusiya Müdafiə Nazirliyindən RİA Novosti-yə verilən məlumatda deyilir.
Qeyd olunur ki, hərbi rəhbərlər eləcə də tərəflərin hərbi fəaliyyətlərinin doğurduğu insidentlərin aradan qaldırılması üçün addımları da müzakirə ediblər.
Bildirək ki, bu gün Azərbaycan Prezidenti İlham Əliyev də həm Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-polkovnik Valeri Gerasimovu, həm də NATO-nun Avropadakı Müttəfiq Qüvvələrinin Baş Komandanı Tod Uolteri ayrılıqda qəbul edərək onlarla əməkdaşlıq və birgə görüşləri barədə fikir mübadiləsi aparıb.
Qlobal Dünyanın yoxsa ABŞ-ın Donald Tramp Problemi Dilemması(!)
Qlobal Geo-Siyasi İdarEtmə və Hakimiyyət Düzəninin Süni İntelleket Dominantlığı
ABŞ-İran:Sülhün Gizli Mətni yaxud Cəza Müqaviləsinin Memorandimu
Geo-Siyasi Münaqişələrin Qlobal Aclığ Böhranı yaxud Yeni Dünya Nizamının Ədalətsiz Arxitekturası
Rusiyanın Geosiyasi Perspektivində Taliban yaxud Diplomatiya və Təhlükəsizlik Dinamikasında Qeyri-Sabit Mühitə Hesablanmış Risk
Yaxın Şərq: Müdafiədfən Ambisyaya Keçidin Geo-Siyasi Dizaynı yaxud Yeni Regional Xəritə:Parçalanma,Hedcinq və Çəkindirmə
Ermənistan:Paşinyan Hakimiyyətinin Siyasi DNT-si yaxud Gücün Konsentrasiyası yoxsa Ləkələnmiş Mandat
Çinin İrandan Neft Aslılığının Arxasındakı Qırılan Təchizat Zəncirlərinin Bərpası Strateji Praqmatizmi