Tokio ABŞ və Çin arasında əlaqələriin inkişafını diqqətlə izləyir
Tarix: 17-11-2021, 00:21
Google+ Paylaş
Tumblr Paylaş

Tokio ABŞ və Çin arasında əlaqələriin inkişafını diqqətlə izləyir

17-11-2021, 00:21

Tokio ABŞ və Çin arasında əlaqələrin inkişafını diqqətlə izləyir. Çünki bu iki ölkə arasında münasibətlər bütün dünya üçün əhəmiyyət kəsb edir.

B

u fikri Yaponiyanın yeni xarici işlər naziri Yoşimasa Hayaşi noyabrın 16-da ənənəvi mətbuat konfransında səsləndirib.

“ABŞ-Çin münasibətlərinin sabitliyi bütün beynəlxalq ictimaiyyət üçün son dərəcə vacibdir”, - deyə Y.Hayaşi jurnalistlərin ABŞ Prezidenti Co Bayden ilə Çin Sədri Si Cinpinin hazırda davam edən onlayn görüşünü şərh etmək barədə xahişini nəzərə alaraq bildirib. Bununla yanaşı, nazir əlavə şərh verməkdən imtina edərək, Yaponiya hökumətinin Vaşinqton ilə Pekin arasında münasibətlərin inkişafını diqqətlə izlədiyini qeyd edib.

Xatırladaq ki, bazar ertəsi günü ABŞ və Çin liderləri arasında Co Bayden 2021-ci ilin yanvarında Prezident vəzifələrinin icrasına başladıqdan sonra ilk onlayn danışıqlar başlayıb. Buna qədər iki lider arasında telefon danışığı olub. C.Bayden ilə Si Cinpin arasında son telefon danışığı sentyabrın 10-da keçirilib.

Qeyd edək ki, Y.Hayaşi noyabrın 10-da rəsmi olaraq Yaponiyanın xarici işlər naziri təyin edilib.скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ