Cəlilabadlı kartof əkənlərə yeni texnika nümayiş etdirildi
Tarix: 15-10-2021, 01:29
Google+ Paylaş
Tumblr Paylaş

Cəlilabadlı kartof əkənlərə yeni texnika nümayiş etdirildi

15-10-2021, 01:29

Fermerlərin istək və ehtiyacları nəzərə alınaraq Cəlilabad rayonunda Kənd Təsərrüfatı Nazirliyi tərəfindən kartofçuluq sahəsində istifadə olunan toxum, kənd təsərrüfatı texnika və avadanlıqlarının sərgi-satış yarmarkası keçirilib.

Yarmarkada nazirliyin müvafiq qurumları, Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutu publik hüquqi şəxs, “Aqroservis” ASC, respublikanın müxtəlif bölgələrindən kartof toxumçuluğu ilə məşğul olan fiziki və hüquqi şəxslər, aqrokimyəvi maddələr və pestisidlərin satışı ilə məşğul olan müəssisələr, texnika satışını həyata keçirən şirkətlər, eləcə də fermerlər və torpaq mülkiyyətçiləri iştirak ediblər.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən

bildiriblər ki, tədbirdə bu sahənin inkişafı üçün lazım olan bütün texnikalar, gübrəsəpənlər, frezlər, dərmansəpənlər və digər avadanlıqlar, həmçinin kartofun müxtəlif sortları fermerlər üçün nümayiş olunub. Tərəvəzçilik Elmi-tədqiqat İnstitutu tərəfindən “in vitro” üsulu ilə əldə olunmuş kartof toxum materialları təqdim edilib.

Yarmarkanın keçirilməsində əsas məqsəd kartof sahələrində məhsulun kütləvi yığımının vaxtında və itkisiz aparılması üçün istehsalçılara lazım olan və mövcud yeni innovativ texnikalarla tanışlıq, ticarət şəbəkəsinin yaradılması, rəqabət mühitinin formalaşdırılması, istehsalçı ilə istehlakçı arasında birbaşa münasibətlərin qurulması, işgüzar və səmərəli görüşlərin keçirilməsi, yeni innovativ texnologiyaları tətbiq etməklə məhsuldarlığın artırılmasıdır.

Sərgi-satış yarmarkasında iştirak edən fermerlərə bu sahəyə dair yeni məlumatlar verilib.скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ