Bu il Balakən rayonunun torpaq mülkiyyətçiləri 2008 hektar sahədə tərəvəz bitkiləri əkiblər. Hazırda təsərrüfatlarda tərəvəz yığımı davam edir. İndiyədək 1733 hektar sahənin məhsulu yığılıb, 25 min 412 ton tərəvəz istehsal olunub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 585 ton çoxdur. Hər hektardan orta məhsuldarlıq 146,6 sentner təşkil edir.
Bu barədə
Rayonun təsərrüfatlarında kartof yığımı isə artıq başa çatıb. Torpaq mülkiyyətçiləri builki mövsümdə 615 hektar kartof sahəsindən 5955 ton məhsul götürüblər. Hər hektarda məhsuldarlıq 96,8 sentner təşkil edib. Kartof istehsalı əvvəlki illə müqayisədə 154 ton artıb.
İdarədən verilən məlumata görə, hazırda təsərrüfatlarda dən üçün qarğıdalı, meyvə və tütün yığımı davam edir. Oktyabrın əvvəlinə olan statistik məlumata görə, dən üçün qarğıdalı əkilmiş 7577 hektar sahənin 6464 hektarında və ya ümumi sahənin 85,3 faizində məhsul yığımı başa çatıb, 39,4 min ton qarğıdalı istehsal olunub. Hər hektardan orta hesabla 61 sentner məhsul götürülüb. Tütün əkilmiş 300 hektar sahədən 189 tondan çox quru tütün əldə olunub.
Qlobal Dünyanın yoxsa ABŞ-ın Donald Tramp Problemi Dilemması(!)
Qlobal Geo-Siyasi İdarEtmə və Hakimiyyət Düzəninin Süni İntelleket Dominantlığı
ABŞ-İran:Sülhün Gizli Mətni yaxud Cəza Müqaviləsinin Memorandimu
Geo-Siyasi Münaqişələrin Qlobal Aclığ Böhranı yaxud Yeni Dünya Nizamının Ədalətsiz Arxitekturası
Rusiyanın Geosiyasi Perspektivində Taliban yaxud Diplomatiya və Təhlükəsizlik Dinamikasında Qeyri-Sabit Mühitə Hesablanmış Risk
Yaxın Şərq: Müdafiədfən Ambisyaya Keçidin Geo-Siyasi Dizaynı yaxud Yeni Regional Xəritə:Parçalanma,Hedcinq və Çəkindirmə
Ermənistan:Paşinyan Hakimiyyətinin Siyasi DNT-si yaxud Gücün Konsentrasiyası yoxsa Ləkələnmiş Mandat
Çinin İrandan Neft Aslılığının Arxasındakı Qırılan Təchizat Zəncirlərinin Bərpası Strateji Praqmatizmi