Şabranın üzüm bağlarında bol məhsul yetişib. Təsərrüfatçılar avqust ayının 5-dən üzüm bağlarından məhsulun toplanmasına başlayıblar.
Rayonun Ağbaş kəndində fərdi sahibkara məxsus 132 hektara yaxın sahədə üzümün 11 sortu becərilir. İntensiv formada qulluq olunan üzümçülük təsərrüfatında şərabçılıq üçün vacib texniki üzüm sortları yetişdirilir.
“Üzüm bağlarında hazırda iki tezyetişən sortun məhsulunu toplayırıq. Məhsuldarlıq yüksəkdir. Ziyanvericilərə və xəstəliklərə qarşı vaxtında aparılan tədbirlər və aqrotexniki qulluq öz müsbət təsirini göstərib. Hər hektardan 7 tona kimi məhsul əldə edirik. Toplanan məhsul emal müəssisələrinə, eləcə də satış üçün Rusiyaya göndərilir”,- deyə aqronom Bayram Əskərov bildirib.
Şimal regionunda üzümçülüyün daha çox inkişaf etdiyi Şabran rayonunda əsasən Ağ və Qara şanı, “Ağadayı”, “Mədrəsə”, “Təbrizi” kimi yerli üzüm sortları becərilir. Son illər salınan yeni bağlarda isə “Merlot”, “Kabarne”, “Tramil” və başqa texniki üzüm sortları əkilib.
Şabranın üzüm bağlarında yığım sentyabr ayının ortalarınadək davam edəcək.
Üzümçülük Şabran rayonunda kənd təsərrüfatının ənənəvi inkişaf etmiş sahələrindən sayılır. Son illər bu sahədə məhsul istehsalında artım müşahidə olunur. Şabranlı fermerlər toplanan məhsulu əsasən Bakı şəhərindəki və respublikamızın digər bölgələrindəki satış mərkəzlərinə
Qlobal Dünyanın yoxsa ABŞ-ın Donald Tramp Problemi Dilemması(!)
Qlobal Geo-Siyasi İdarEtmə və Hakimiyyət Düzəninin Süni İntelleket Dominantlığı
ABŞ-İran:Sülhün Gizli Mətni yaxud Cəza Müqaviləsinin Memorandimu
Geo-Siyasi Münaqişələrin Qlobal Aclığ Böhranı yaxud Yeni Dünya Nizamının Ədalətsiz Arxitekturası
Rusiyanın Geosiyasi Perspektivində Taliban yaxud Diplomatiya və Təhlükəsizlik Dinamikasında Qeyri-Sabit Mühitə Hesablanmış Risk
Yaxın Şərq: Müdafiədfən Ambisyaya Keçidin Geo-Siyasi Dizaynı yaxud Yeni Regional Xəritə:Parçalanma,Hedcinq və Çəkindirmə
Ermənistan:Paşinyan Hakimiyyətinin Siyasi DNT-si yaxud Gücün Konsentrasiyası yoxsa Ləkələnmiş Mandat
Çinin İrandan Neft Aslılığının Arxasındakı Qırılan Təchizat Zəncirlərinin Bərpası Strateji Praqmatizmi