Ağsu meyvə dərənləri bol məhsul toplayırlar
Tarix: 8-08-2021, 07:02
Google+ Paylaş
Tumblr Paylaş

Ağsu meyvə dərənləri bol məhsul toplayırlar

8-08-2021, 07:02

Ağsu rayonunda meyvə yığımı davam edir və hələlik bağlardan 2320 ton məhsul götürülüb.

Ağsuda meyvə bağlarının sahəsi 3287 hektara çatdırılıb. Bunun da 2945 hektarı məhsuldardır. Yaz aylarından bəri daha tez yetişən meyvələr yığılır. İndiyədək 746 ton alça, 252 ton alma, 202 ton armud, 252 ton gavalı, 206 ton gilas, 69 ton albalı, 43 ton ərik və digər meyvələr tədarük olunub. Yığılan məhsul ötən ilin müvafiq dövründəkindən 360 ton çoxdur. Rayonun xüsusilə aran və dağətəyi əraziləri olan Kəndoba, Ərəbuşağı, Qaraqoyunlu, habelə dağlıq ərazilər olan Kalva, Nuran, Xanbulaq və digər ərazi icra nümayəndəliklərində bağlardan bol məhsul yığılır.

Qarşıda nar, heyva və digər gec yetişən meyvələrin yığım dövrü gəlir. Cari ildə bu bağlardan da yüksək məhsul gözlənilir. Qeyd edək ki, builki mövsümdə Ağsuda bağlardan 12 min 600 tondan çox məhsul yığılacağı planlaşdırılır.скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ