Qobustan taxıl əkənlərinin üzü ağardı
Tarix: 3-08-2021, 08:08
Google+ Paylaş
Tumblr Paylaş

Qobustan taxıl əkənlərinin üzü ağardı

3-08-2021, 08:08

Qobustanda taxıl biçini kampaniyası başa çatıb, zəmilərdən 81 min ton məhsul götürülüb.

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən

bildirilib ki, cari mövsümdə Qobustanda 30 min 645 hektarda taxıl yetişdirilmişdi. Son günlər havalar əlverişsiz keçsə də, taxılçılar biçini itkisiz başa çatdırıblar. Biçində 80-dən çox kombaynın gücündən istifadə edilib. İstehsal olunan məhsul ötənilki göstəricidən 10 min ton çox olub. Hər hektarda orta məhsuldarlıq 2 sentner artıb və 26,6 sentnerə çatıb. Rayonun bir sıra təsərrüfatlarında, xüsusilə Xilmilli, Sündü, Dərəkənd, Təklə, Cəyirli və sair ərazi nümayəndəliklərində taxılçılar daha yüksək məhsuldarlığa nail olublar.

Hazırda hər yerdə gələcək yüksək məhsuldarlıq üçün mühüm aqrotexniki tədbirlərdən olan yay şumu çıxarılır.скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ