Neftçalada taxılçılıq aparıcı təsərrüfat sahələrindən hesab olunur. Bu sahənin inkişafı ilə bağlı dövlətin torpaq mülkiyyətçilərinə verdiyi əlavə subsidiyalar, görülən tədbirlər, yeni torpaq sahələrinin dövriyyə qatılması rayonda taxılçılığın ilbəil genişlənməsinə səbəb olub.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən
Rayon taxılçıları cari ilin məhsulu üçün də möhkəm təməl yaradıblar. Torpaq mülkiyyətçiləri ötən ilin payızında 40 min 450 hektar taxıl əkiblər ki, bunun da 5 min 980 hektarı buğda, 34 min 470 hektarı isə arpa sahəsidir. Havaların təsərrüfat işləri üçün əlverişli keçməsindən istifadə edən neftçalalı taxılçılar bu il sahələrdə bol məhsul yetişdiriblər. Məhsulu qısa müddətdə toplamaq üçün artıq rayonda biçinə hazırlıq işləri başa çatdırılıb. Sahələrə çıxarılacaq 60-dan çox kombayn texniki baxışdan keçirilib, nasazlıqlar aradan qaldırılıb. Həmçinin məhsul yığımı üçün lazım olan 150 maşın-mexanizm və 60 ədəd press bağlayan da hazır vəziyyətə gətirilib. Biçin vaxtı ətraf rayonlardan əlavə 40 kombaynın da gətirilməsi nəzərdə tutulub.
Məhsulun yığılması, daşınması və saxlanması dövründə yanğın hadisələrinin baş verməməsi üçün təsərrüfatlarda lazımi təhlükəsizlik tədbirləri görülüb, maarifləndirmə işi aparılıb, təsərrüfat rəhbərlərinə müvafiq tapşırıqlar verilib. Yaxın günlərdə rayonda biçin kampaniyasına start veriləcək.
Mütəxəssislər bu il sahələrdən ötən ildəkindən də çox məhsul götürüləcəyini bildirirlər.
Qlobal Dünyanın yoxsa ABŞ-ın Donald Tramp Problemi Dilemması(!)
Qlobal Geo-Siyasi İdarEtmə və Hakimiyyət Düzəninin Süni İntelleket Dominantlığı
ABŞ-İran:Sülhün Gizli Mətni yaxud Cəza Müqaviləsinin Memorandimu
Geo-Siyasi Münaqişələrin Qlobal Aclığ Böhranı yaxud Yeni Dünya Nizamının Ədalətsiz Arxitekturası
Rusiyanın Geosiyasi Perspektivində Taliban yaxud Diplomatiya və Təhlükəsizlik Dinamikasında Qeyri-Sabit Mühitə Hesablanmış Risk
Yaxın Şərq: Müdafiədfən Ambisyaya Keçidin Geo-Siyasi Dizaynı yaxud Yeni Regional Xəritə:Parçalanma,Hedcinq və Çəkindirmə
Ermənistan:Paşinyan Hakimiyyətinin Siyasi DNT-si yaxud Gücün Konsentrasiyası yoxsa Ləkələnmiş Mandat
Çinin İrandan Neft Aslılığının Arxasındakı Qırılan Təchizat Zəncirlərinin Bərpası Strateji Praqmatizmi