Sahələrdə tütün yarpağı yığımı yekunlaşmaq üzrədir. Fermerlər tərəfindən 6936,2 ton tütün yığılıb, qəbul məntəqələrinə 6520 ton quru tütün təhvil verilib.
Tütünçü fermerlər tərəfindən aqrotexniki qulluq qaydalarına düzgün riayət edilməsi, şitil seçimi bu il orta məhsuldarlıq göstəricisinin yüksəlməsinə səbəb olub.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən
Qeyd edək ki, bu il Azərbaycanda 3144 hektar sahədə tütün əkilib, 3141,5 hektar sahədə bitiş alınıb. 2020-ci ildə Azərbaycanın 12 rayonunda və Naxçıvan Muxtar Respublikasında tütün əkilib. Əkin sahələrinin yarıdan çoxu ənənəvi tütünçülük bölgələrindən olan Şəki, Qax və Oğuz rayonlarının payına düşür. Bu il Şəkidə 1108 hektar, Qaxda 496,5 hektar, Oğuzda isə 269 hektar sahədə tütün əkilib.
Tütün üzrə orta məhsuldarlıq Şəkidə 34,4 sentner, Qaxda 15,3 sentner, Oğuzda 20,4 sentner təşkil edir. Zaqatala, Balakən, Qəbələ, Tovuz, İsmayıllı, Goranboy, Lerik, Masallı və Yardımlı rayonlarında da fermerlər sahələrdən bol məhsul götürüblər.
Qeyd edək ki, ölkədə tütünçülüyün inkişafı dövlət tərəfindən dəstəklənir. Dövlət dəstəyi mexanizmlərinin genişləndirilməsi tütünçülüyün inkişafını stimullaşdırır. Tütün həm əkin, həm məhsul subsidiyası verilən kənd təsərrüfatı bitkiləri kateqoriyasına daxildir. Fermerlər tütün əkilmiş sahələrin hər hektarına görə dövlətdən 280 manat subsidiya alırlar. Bundan başqa, fermerlərə qəbul məntəqələrinə təhvil verilən quru tütünün hər tonuna görə 50 manat, yaş tütünün hər tonuna görə isə 5 manat məhsul subsidiyası ödənilir.
Tədarükçülər fermerlərdən təhvil aldıqları tütün məhsulu ilə bağlı məlumatları, o cümlədən alqı-satqı müqavilələrinin və qəbzləri Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminə daxil edirlər. Məlumatlar yoxlanıldıqdan sonra müvafiq subsidiya məbləğləri fermerlərin kartlarına köçürülür.
Hazırda sahələrdə yığım davam edir, yığım prosesinin yaxın günlərdə başa çatması gözlənilir.
Qlobal Dünyanın yoxsa ABŞ-ın Donald Tramp Problemi Dilemması(!)
Qlobal Geo-Siyasi İdarEtmə və Hakimiyyət Düzəninin Süni İntelleket Dominantlığı
ABŞ-İran:Sülhün Gizli Mətni yaxud Cəza Müqaviləsinin Memorandimu
Geo-Siyasi Münaqişələrin Qlobal Aclığ Böhranı yaxud Yeni Dünya Nizamının Ədalətsiz Arxitekturası
Rusiyanın Geosiyasi Perspektivində Taliban yaxud Diplomatiya və Təhlükəsizlik Dinamikasında Qeyri-Sabit Mühitə Hesablanmış Risk
Yaxın Şərq: Müdafiədfən Ambisyaya Keçidin Geo-Siyasi Dizaynı yaxud Yeni Regional Xəritə:Parçalanma,Hedcinq və Çəkindirmə
Ermənistan:Paşinyan Hakimiyyətinin Siyasi DNT-si yaxud Gücün Konsentrasiyası yoxsa Ləkələnmiş Mandat
Çinin İrandan Neft Aslılığının Arxasındakı Qırılan Təchizat Zəncirlərinin Bərpası Strateji Praqmatizmi