İmişli torpaq əkənləri payız səpini aparırlar
Tarix: 23-12-2020, 14:34
Google+ Paylaş
Tumblr Paylaş

İmişli torpaq əkənləri payız səpini aparırlar

23-12-2020, 14:34

İmişlidə taxılçılıq əsas təsərrüfat sahələrindəndir. Dövlət tərəfindən taxılçılıqla məşğul olan mülkiyyətçilərə yanacaq və sürtgü yağlarına görə güzəşt edilməsi, buğda istehsalçılarına son məhsula görə əlavə subsidiya verilməsi bu sahəyə marağı artırıb. İndi rayonda yüzlərlə fermer təsərrüfatın bu sahəsi ilə məşğul olur və taxıl istehsalı ilbəil artır.

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən

bildiriblər ki, cari ildə 17 min 150 hektar taxıl sahəsindən 67 min 109 ton məhsul götürən fermerlər bu göstəricini növbəti təsərrüfat ilində daha da artırmaq üçün səpin kampaniyasına ciddi hazırlaşıblar. Bu məqsədlə 23788 hektar sahədə şum aparılıb, fermerlər yüksək reproduksiyalı toxum sortları və səpin aqreqatları, müxtəlif növ maşın və mexanizmlərlə təmin olunublar.

Səpinə mütəşəkkil başlayan əkinçilər qısa müddətdə 15837 hektar sahədə səpin aparıblar ki, bunun da 7147 hektarı arpa, 8507 hektarı isə buğda sahəsidir. Əkinçilər hər gün 200-250 hektar sahəyə toxum səpirlər. Taxılçılar, həmçinin 183 hektar sahədə yaşıl yem üçün xəsil də əkiblər.

Rayonun Cəfərli, Əliqulular, Oruclu və Qızılkənd kəndlərində fəaliyyət göstərən fermerlər taxıl səpinində daha fəal iştirak edir, bu mühüm kampaniyanı optimal müddətdə başa çatdırmaq üçün var qüvvə ilə çalışırlar.скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ