Saatlı  tərəvəz əkənlərinin payız yığımı
Tarix: 18-12-2020, 11:35
Google+ Paylaş
Tumblr Paylaş

Saatlı tərəvəz əkənlərinin payız yığımı

18-12-2020, 11:35

Bu il saatlılı fermerlər 916 hektar sahədə tərəvəz becəriblər. İlin təsərrüfat işləri üçün əlverişli keçdiyindən və məhsul istehsalçıları becərdikləri sahələrə aqrotexniki qaydada qulluq etdiyindən sahələrdə məhsul bol olub.

Rayon statistika idarəsindən

bildiriblər ki, saatlılı fermerlər becərdikləri 916 hektar tərəvəz sahəsindən indiyədək 23 min 578.9 ton məhsul yığıblar. Hər hektarın məhsuldarlığı 257.5 sentner olub. Tədarük olunan tərəvəzin 826.1 tonunu bibər, 1551.1 tonunu xiyar, 2 min 274.7 tonunu pomidor, 1110.3 tonunu badımcan, 395.3 tonunu sarımsaq, 468.6 tonunu soğan, 1997.7 tonunu kələm, 14 min 095.2 tonunu isə boranı təşkil edib.скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ