Rayon icra hakimiyyətindən bildirilib ki, narçılıq Göyçayda əhalinin məşğul olduğu əsas təsərrüfat sahələrindəndir. Ötən əsrin 90-cı illərinin əvvəllərində Göyçayda cəmi 251 hektar məhsuldar nar bağı mövcud idisə, hazırda bağların sahəsi 3632 hektara çatıb. Bunun da 3562 hektarı bar verəndir. Bu il hər ağacdan orta hesabla 30-50 kiloqram meyvə yığılır.
Göyçayda narçılığa maraq ildən-ilə artır, yeni və məhsuldar nar sortlarının yetişdirilməsi, yeni bağların salınması üçün tədbirlər görülür. Son iki ildə 70 hektar sahədə yeni nar bağları salınıb. Rayonun 20-yə yaxın kəndində yerli əhalinin əsas gəlir mənbəyi olan nar bağlarında əsasən ixrac qabiliyyətinə malik “Gülövşə”, “Vələs” və “Bala Mürsəl” sortlarını yetişdirməsinə üstünlük verilir.
Təsərrüfat sahibləri nar yığımının noyabrın sonunadək başa çatdırılması üçün ciddi səy göstərirlər.
Qlobal Dünyanın yoxsa ABŞ-ın Donald Tramp Problemi Dilemması(!)
Qlobal Geo-Siyasi İdarEtmə və Hakimiyyət Düzəninin Süni İntelleket Dominantlığı
ABŞ-İran:Sülhün Gizli Mətni yaxud Cəza Müqaviləsinin Memorandimu
Geo-Siyasi Münaqişələrin Qlobal Aclığ Böhranı yaxud Yeni Dünya Nizamının Ədalətsiz Arxitekturası
Rusiyanın Geosiyasi Perspektivində Taliban yaxud Diplomatiya və Təhlükəsizlik Dinamikasında Qeyri-Sabit Mühitə Hesablanmış Risk
Yaxın Şərq: Müdafiədfən Ambisyaya Keçidin Geo-Siyasi Dizaynı yaxud Yeni Regional Xəritə:Parçalanma,Hedcinq və Çəkindirmə
Ermənistan:Paşinyan Hakimiyyətinin Siyasi DNT-si yaxud Gücün Konsentrasiyası yoxsa Ləkələnmiş Mandat
Çinin İrandan Neft Aslılığının Arxasındakı Qırılan Təchizat Zəncirlərinin Bərpası Strateji Praqmatizmi