Salyanda üzümçülük əsas təsərrüfat sahələrindəndir. Fermerlər bu gəlirli sahəyə böyük maraq göstərdiyindən rayonda üzüm plantasiyalarının sahəsi ilbəil artır. Hazırda rayonda həyətyanı sahələrlə birlikdə 1122.5 hektar üzüm bağı mövcuddur ki, bunun da 932.9 hektarı bar verəndir.
Rayon statistika idarəsinin rəisi Elnur Hüseynov bildirib ki, xeyli vaxtdır üzüm plantasiyalarında məhsul yığımı davam edir. İndiyədək bağlardan 9 min 261.2 ton üzüm yığılıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 321.2 ton çoxdur. Hər hektarın məhsuldarlığı 99.3 sentner olur.
Üzüm bağlarının 500 hektardan çoxu rayonun Xələc kəndi ərazisindədir. Burada şəkərliyi yüksək olan “Ağadayı”, “Mahmudu”, “Əlişan”, “Ağ şanı”, “Qara şanı”, “Dərbəndi” və yerli qara üzüm sortları yetişdirilir. Üzümçü Daşqın Heydərov uzun illərdir bu sahə ilə məşğul olur və hər ildə yaxşı mənfəət götürür. “Xeyli vaxtdır ki, yetişdirdiyimiz məhsulun yığımını aparırıq. Ötən ilə nisbətən bu il bağlarda üzüm boldur. Məhsul çox olduğu üçün qiymət də xeyli ucuzdur. Bağbanlar yerində üzümün 1 kiloqramının qiymətini 80-85 qəpiyə təklif edirlər ki, bu da ötən ildəkindən xeyli ucuzdur”, - deyə üzümçü bildirib.
Qlobal Dünyanın yoxsa ABŞ-ın Donald Tramp Problemi Dilemması(!)
Qlobal Geo-Siyasi İdarEtmə və Hakimiyyət Düzəninin Süni İntelleket Dominantlığı
ABŞ-İran:Sülhün Gizli Mətni yaxud Cəza Müqaviləsinin Memorandimu
Geo-Siyasi Münaqişələrin Qlobal Aclığ Böhranı yaxud Yeni Dünya Nizamının Ədalətsiz Arxitekturası
Rusiyanın Geosiyasi Perspektivində Taliban yaxud Diplomatiya və Təhlükəsizlik Dinamikasında Qeyri-Sabit Mühitə Hesablanmış Risk
Yaxın Şərq: Müdafiədfən Ambisyaya Keçidin Geo-Siyasi Dizaynı yaxud Yeni Regional Xəritə:Parçalanma,Hedcinq və Çəkindirmə
Ermənistan:Paşinyan Hakimiyyətinin Siyasi DNT-si yaxud Gücün Konsentrasiyası yoxsa Ləkələnmiş Mandat
Çinin İrandan Neft Aslılığının Arxasındakı Qırılan Təchizat Zəncirlərinin Bərpası Strateji Praqmatizmi