Azərbaycan Türkiyədən 35,545 milyon ABŞ dolları dəyərində inşaat materialları idxal edib
Tarix: 12-11-2025, 14:12
Google+ Paylaş
Tumblr Paylaş

Azərbaycan Türkiyədən 35,545 milyon ABŞ dolları dəyərində inşaat materialları idxal edib

12-11-2025, 14:12

BAKI,[/b][b]Forpost.az[/color]
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan Türkiyədən 35,545 milyon ABŞ dolları dəyərində sement, şüşə, keramika və torpaq məmulatları idxal edib.

Türkiyə İxracatçılar Məclisi xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 21,4 % azdır.

Oktyabrda Türkiyə Azərbaycana 3,356 milyon ABŞ dolları dəyərində sement, şüşə, keramika və torpaq məmulatları ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 39,3 % azdır.

10 ayda Türkiyənin sement, şüşə, keramika və torpaq məmulatları ixracının ümumi dəyəri illik müqayisədə 3,5 % artaraq 3 milyard 753 milyon ABŞ dollarına, oktyabrda isə 10,3 % artaraq 402 milyon ABŞ dollarına çatıb.

Türkiyədən ən çox idxalı ABŞ 618,856 milyon ABŞ dolları (1 il əvvələ nisbətən 8,2 % çox), İtaliya 245,434 milyon ABŞ dolları (+11,5 %) və Almaniya 218,973 milyon ABŞ dolları (+2,5 %) həyata keçirib.скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ