BAKI,Forpost.az
Bu ilin 23-29 noyabr tarixlərində Azərbaycandan Efiopiyanın paytaxtı Əddis-Əbəbəyə biznes missiyanın təşkili planlaşdırılıb.
Afrika-Azərbaycan Əməkdaşlıq Təşkilatının(AFAZ) verdiyi xəbərə görə, missiya çərçivəsində Azərbaycan-Efiopiya biznes forumu, B2B və B2G formatlarında görüşlər keçiriləcək, həmçinin sənaye parklarının və istehsal müəssisələrinin fəaliyyəti ilə tanışlıq planlaşdırılır.
Bundan başqa, "MÜSİAD Ethiopia", MESOB mərkəzində ("ASAN Xidmət"in analoqu), yerli dövlət qurumlarında, eləcə də ticarət palatası və digər ticarət assosiasiyaları ilə görüşlər nəzərdə tutulub.
Missiyanın əsas məqsədi iki ölkə arasında iqtisadi əməkdaşlığın gücləndirilməsi, yeni tərəfdaşlıq əlaqələrinin yaradılması və Azərbaycan biznesinin Afrika bazarına çıxış imkanlarının genişləndirilməsi imkanlarının müzakirəsindən ibarətdir.
Xatırladaq ki, ötən ilin noyabrında Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovun Efiopiyanın dövlət naziri Aklilu Tadessenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşündə ölkələr arasında iqtisadi əməkdaşlıq potensialının reallaşdırılmasının əhəmiyyəti vurğulanıb, ticarət, investisiya, "yaşıl enerji" sahələrində tərəfdaşlıq imkanları nəzərdən keçirilib.
Tərəflər Azərbaycanın sənaye parkları sahəsində təcrübəsindən istifadə və işgüzar dairələr arasında əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə edib, əlaqələrin inkişafına dəstək məqsədilə hüquq-müqavilə bazasının genişləndirilməsinin, biznes subyektlərinin iştirakı ilə işgüzar tədbirlərin təşkilinin, eləcə də qarşılıqlı maraq doğuran sahələrdə təcrübə mübadiləsinin həyata keçirilməsinin məqsədəuyğunluğunu vurğulayıblar.
Qlobal Dünyanın yoxsa ABŞ-ın Donald Tramp Problemi Dilemması(!)
Qlobal Geo-Siyasi İdarEtmə və Hakimiyyət Düzəninin Süni İntelleket Dominantlığı
ABŞ-İran:Sülhün Gizli Mətni yaxud Cəza Müqaviləsinin Memorandimu
Geo-Siyasi Münaqişələrin Qlobal Aclığ Böhranı yaxud Yeni Dünya Nizamının Ədalətsiz Arxitekturası
Rusiyanın Geosiyasi Perspektivində Taliban yaxud Diplomatiya və Təhlükəsizlik Dinamikasında Qeyri-Sabit Mühitə Hesablanmış Risk
Yaxın Şərq: Müdafiədfən Ambisyaya Keçidin Geo-Siyasi Dizaynı yaxud Yeni Regional Xəritə:Parçalanma,Hedcinq və Çəkindirmə
Ermənistan:Paşinyan Hakimiyyətinin Siyasi DNT-si yaxud Gücün Konsentrasiyası yoxsa Ləkələnmiş Mandat
Çinin İrandan Neft Aslılığının Arxasındakı Qırılan Təchizat Zəncirlərinin Bərpası Strateji Praqmatizmi