Nar istehsalçılarıməhsul ixracına hazırlaşır
Tarix: 24-08-2025, 14:50
Google+ Paylaş
Tumblr Paylaş

Nar istehsalçılarıməhsul ixracına hazırlaşır

24-08-2025, 14:50


Azərbaycanın nar istehsalçıları yeni mövsümdə məhsul ixracına hazırlaşırlar.

“Report” ölkədə nar istehsalı ilə bağlı vəziyyəti, iqlim amillərinin təsərrüfatlara təsirini, ixrac imkanlarını öyrənib.

Məhsul gec yetişib

“Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyası” İctimai Birliyinin İdarə Heyətinin sədri Fərhad Qaraşov deyir ki, bu il yay fəslinin bir az gec gəlməsi meyvənin yetişməsində müəyyən dərəcədə gecikmələrə səbəb olub: "Birinci çiçəklər normal və yaxşı formada açdı, lakin ikinci çiçəklənmədə yayın gecikməsi öz mənfi təsirini göstərdi. Nəticədə, ikinci çiçəklər gecikdi və narın yetişməsi bir qədər ləngidi. Bununla belə, Mil-Muğan zonasındakı bağlarda birinci çiçəkləmədən yaranan narlar keyfiyyətli və normal rəngdədir. Düşünürəm ki, sentyabrın 15-dən etibarən bir çox bağlarda yığıma başlanıla bilər".

Azərbaycanda yeni nar bağ sahələri salınır

O əlavə edib ki, dövlətin intensiv bağlara subsidiyalar verməsi nəticəsində bağların sahəsi artır: "Bu kimi mexanizmlər boş torpaq sahələrində narçılığın inkişafına töhfə verir. Məsələn, fermerlərdən biri bu il sahəsini 60 hektara qədər genişləndirməyi planlaşdırır. Bu da dövlətin kənd təsərrüfatına göstərdiyi qayğı və birdəfəlik subsidiyaların narçılığın inkişafına böyük təsirindən xəbər verir”.

Sədrin sözlərinə görə, Qarabağdakı nar bağlarını artıq ixracatçılar icarəyə götürüb: “Bu, bölgədə nar istehsalının və ixracının artmasına imkan yaradır. İnanıram ki, Qarabağdan da yüksək keyfiyyətli nar və nar məhsulları xarici bazarlara çıxarılacaq və Azərbaycanın ixrac portfelinə mühüm töhfə verəcək. Xüsusilə Ağdam zonasında nar bağlarının inkişafı və məhsuldarlığın artması gözlənilir. Bu ərazi uzun illər ərzində kənd təsərrüfatının canlanması üçün böyük potensiala malikdir. Ümumiyyətlə, bu il nar istehsalında artım gözlənilir. İlk çiçəklərdən yaranan narlar keyfiyyətlidir, ikinci çiçəklər bir qədər geciksə də, yaxın zamanda keyfiyyətini göstərəcək. Həm istehsalın, həm də ixracın artacağına ümid edirik".
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ