"Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) tabeliyindəki "Bakı Beynəlxalq Dəniz Limanı” MMC-nin direktoru Eldar Salahov Çinin Bakıdakı səfiri xanım Lu Mey ilə görüşüb.
Qurumdan verilən məlumata görə, görüşdə qonaqlara limanın infrastruktur imkanları, son illərdə əldə edilən nəticələr və iki ölkə arasında yükdaşımalar üzrə göstəricilər barədə ətraflı məlumat verilib. Görüşdə həmçinin ikitərəfli əməkdaşlığın inkişafı və Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) çərçivəsində tərəfdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub.
E.Salahov çıxışında Bakı Limanının Orta Dəhlizin mühüm tranzit mərkəzlərindən biri kimi strateji əhəmiyyətini vurğulayaraq Çindən Avropaya uzanan yük axınlarının daha səmərəli və sürətli şəkildə həyata keçirilməsi üçün birgə səylərin önəmini qeyd edib.
Səfir Lu Mey isə Çin şirkətlərinin Orta Dəhlizdən istifadə imkanlarını yüksək qiymətləndirərək iki ölkə arasında ticarət və logistika əlaqələrinin daha da gücləndirilməsi üçün mövcud potensialdan istifadənin vacibliyini bildirib.
Qeyd edək ki, ötən ilin ilk yeddi ayı ərzində Bakı Limanından keçməklə Çindən Qərb istiqamətində, Qərbdən Çin istiqamətində, o cümlədən Azərbaycanın Çinlə ticarət dövriyyəsi üzrə ümumi yükaşırma həcmi 360 min ton təşkil etdiyi halda, cari ilin müvafiq dövründə bu göstərici 3,0 % artaraq 371 min tondan çox olub. Xüsusilə konteyner daşımalarında ötən ilin eyni dövrü ilə müqayisədə 105 %-dən çox artım qeydə alınıb. Bu ilin ilk yarısında Bakı Limanından keçməklə Çindən Qərb istiqamətində və əks istiqamətə ümumilikdə 25 611 TEU ekvivalentində konteyner daşınıb.
Qlobal Dünyanın yoxsa ABŞ-ın Donald Tramp Problemi Dilemması(!)
Qlobal Geo-Siyasi İdarEtmə və Hakimiyyət Düzəninin Süni İntelleket Dominantlığı
ABŞ-İran:Sülhün Gizli Mətni yaxud Cəza Müqaviləsinin Memorandimu
Geo-Siyasi Münaqişələrin Qlobal Aclığ Böhranı yaxud Yeni Dünya Nizamının Ədalətsiz Arxitekturası
Rusiyanın Geosiyasi Perspektivində Taliban yaxud Diplomatiya və Təhlükəsizlik Dinamikasında Qeyri-Sabit Mühitə Hesablanmış Risk
Yaxın Şərq: Müdafiədfən Ambisyaya Keçidin Geo-Siyasi Dizaynı yaxud Yeni Regional Xəritə:Parçalanma,Hedcinq və Çəkindirmə
Ermənistan:Paşinyan Hakimiyyətinin Siyasi DNT-si yaxud Gücün Konsentrasiyası yoxsa Ləkələnmiş Mandat
Çinin İrandan Neft Aslılığının Arxasındakı Qırılan Təchizat Zəncirlərinin Bərpası Strateji Praqmatizmi