Aylarla gərgin münasibətlərdən sonra ABŞ prezidenti Donald Tramp və Avropa Komissiyasının sədri Ursula fon der Leyen 27 iyul bazar günü ticarət razılaşması əldə etdilər.
Forpost.az xəbər verir ki, siyasətçilərin bildirdiyinə görə, ABŞ-a idxal olunan demək olar ki, bütün Avropa Birliyi (AB) mallarına, o cümlədən avtomobillərə 15 faiz səviyyəsində gömrü rüsumlar tətbiq ediləcək. ABŞ malları isə AB ölkələrinə "sıfır tarif" ilə, yəni rüsum olmadan idxal ediləcək.
Eyni zamanda aydınlaşdırıb ki, bu razılaşma ABŞ-a idxal olunan polad və alüminiumun 50 faizlik tariflərinə şamil edilmir, prezidentin sözlərinə görə, bu, dünyanın bütün ölkələri üçün qüvvədə qalır.
Avropa Birliyi ABŞ-dan enerji və silah alacaq
Trampın sözlərinə görə, razılaşmanın digər komponentlərinə Avropa ölkələrinin ABŞ-a milyardlarla dollar investisiya yatırmaları, həmçinin onların Amerika enerji resursları və silahlarını alması daxildir.
"Avropa İttifaqı ABŞ-dan 750 milyard dollar dəyərində enerji almağa razıdır. Onlar ABŞ-a artıq sərmayə qoyduqlarından 600 milyard dollar daha çox sərmayə qoymağa hazırdırlar. Və əhəmiyyətli miqdarda hərbi texnika almağa razıdırlar", - o deyib.
ABŞ prezidenti qeyd edib ki, o, hazırda sözügedən silahların miqdarını bilmir, lakin bu, “yüz milyardlarla dollarlıq hərbi texnika” olacaq.
O əlavə edib ki, "bu, indiyə qədər əldə edilən ən böyük sövdələşmədir" və bu, ABŞ və AB-ni bir-birinə çox yaxınlaşdıracaq.
Qlobal Dünyanın yoxsa ABŞ-ın Donald Tramp Problemi Dilemması(!)
Qlobal Geo-Siyasi İdarEtmə və Hakimiyyət Düzəninin Süni İntelleket Dominantlığı
ABŞ-İran:Sülhün Gizli Mətni yaxud Cəza Müqaviləsinin Memorandimu
Geo-Siyasi Münaqişələrin Qlobal Aclığ Böhranı yaxud Yeni Dünya Nizamının Ədalətsiz Arxitekturası
Rusiyanın Geosiyasi Perspektivində Taliban yaxud Diplomatiya və Təhlükəsizlik Dinamikasında Qeyri-Sabit Mühitə Hesablanmış Risk
Yaxın Şərq: Müdafiədfən Ambisyaya Keçidin Geo-Siyasi Dizaynı yaxud Yeni Regional Xəritə:Parçalanma,Hedcinq və Çəkindirmə
Ermənistan:Paşinyan Hakimiyyətinin Siyasi DNT-si yaxud Gücün Konsentrasiyası yoxsa Ləkələnmiş Mandat
Çinin İrandan Neft Aslılığının Arxasındakı Qırılan Təchizat Zəncirlərinin Bərpası Strateji Praqmatizmi