27-07-2025, 09:25


Bu ilin I yarısında Azərbaycan 8 038 ton süd və qaymaq idxal edib.

Dövlət Gömrük Komitəsi xəbər verir ki, bu həcmdə süd və qaymağın dəyəri 13 milyon 128 min ABŞ dolları təşkil edib.

Bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 1 434 ton (21,7 %), dəyər baxımından isə 2 milyon 789 min ABŞ dolları (26,9 %) çoxdur.

Hesabat dövründə süd və qaymaq idxalına çəkilən xərc Azərbaycanın ümumi idxal xərclərinin 0,1 %-ni təşkil edib.скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ