Avropa bazarına çıxış  standart və logistika tələbləri səbəbindən məhduddur
Tarix: 25-07-2025, 16:27
Google+ Paylaş
Tumblr Paylaş

Avropa bazarına çıxış standart və logistika tələbləri səbəbindən məhduddur

25-07-2025, 16:27


Azərbaycanda istehsal olunan tikinti materiallarının Avropa bazarına çıxışı hələlik müəyyən standart və logistika tələbləri səbəbindən məhduddur.

“Azərbaycan Tikinti İstehsalçıları Assosiasiyası” İctimai Birliyinin (ATİA) sədri Ramiz İsayev məlumat verib.

Onun sözlərinə görə, hazırda yerli tikinti materiallarının əsas ixrac istiqamətləri Qazaxıstan, Gürcüstan və Türkmənistandır: "Bəzi məhsullar həmçinin Türkiyə və Birləşmiş Ərəb Əmirliklərinə də tədarük olunur. Avropa bazarına çıxış hazırda məhdud olsa da, texnoloji imkanlar və sertifikatlaşdırma sahəsində irəliləyişlər bu istiqamətin gələcəkdə genişlənməsinə imkan verə bilər”.

ATİA sədri qeyd edib ki, tikinti sektorunda innovasiya və rəqəmsallaşma prosesi hələ ilkin mərhələdə olsa da, inkişaf dinamikası müşahidə olunur:

“Bəzi iri şirkətlər artıq rəqəmsal idarəetmə sistemlərinə keçid edib. Lakin ümumi sektorda bu proses geniş yayılmayıb. Assosiasiya bu sahədə maarifləndirmə işləri aparır və texnoloji dəstək mexanizmləri üzərində çalışır. Gələcəkdə dövlət dəstəyi və texnologiya transferləri bu prosesin sürətlənməsinə təkan verəcək”.

R. İsayevin sözlərinə görə, rəhbərlik etdiyi assosiasiya dövlət və beynəlxalq qurumlarla sıx əməkdaşlıq edir:

“Biz Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, İqtisadiyyat Nazirliyi, Mediasiya Şurası, Dövlət Statistika Komitəsi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və digər qurumlarla birlikdə sektorun tənzimlənməsi və normativ bazanın təkmilləşdirilməsi istiqamətində birgə fəaliyyət göstəririk”.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ