İcbari Sığorta Bürosu (İSB) müflis elan edilmiş “Standart Insurance” sığorta şirkəti üzrə bir gün ərzində 1000 nəfərə kompensasiya ödənişi həyata keçirib.
İSB-dən Forpost.az -a bildirilib ki, Mərkəzi Bankın qərarı ilə “Standard Insurance” sığorta şirkətinin sığorta fəaliyyəti üzrə lisenziyası ləğv edilib və məhkəmənin müflisolma ilə əlaqədar vermiş olduğu qərar sentyabrın 14-də qüvvəyə minib. Qanunvericiliyə uyğun olaraq İcbari Sığorta Bürosu şirkətlə bağlanmış icbari sığorta müqavilələri üzrə öhdəliklərin həyata keçirilməsi ilə bağlı işlərin icrasına başlayıb və bir gün ərzində təqribən min nəfərə kompensasiya ödənişi həyata keçirilib. Ödənişlərin toplam məbləği təqribən 800 min manat təşkil edib.
Sığorta məhsullarının istehlakçılarının hüquqlarının qorunmasını daim diqqət mərkəzində saxlayan Azərbaycan Mərkəzi Bankı tərəfindən təyin edilmiş müvəqqəti inzibatçı ilə birlikdə dəyərləndirmələrə əvvəlcədən başlanması ödənişlərin sürətlə həyata keçirilməsinə zəmin yaradıb. Son müqavilə tarixinə qədər baş verməsi ehtimal edilən hadisələrlə birlikdə təqribən 4 min hadisə üzrə ödənişin həyata keçirilməsi gözlənilir.
Xatırladaq ki, İSB-in fəaliyyət dövründə bu ikinci haldır. 2017-2018-ci illər üzrə “Alfa” Sığorta Şirkətinin iflası nəticəsində qurum tərəfindən təqribən 180 hadisə üzrə 311 min manat kompensasiya ödənilib.
Qlobal Dünyanın yoxsa ABŞ-ın Donald Tramp Problemi Dilemması(!)
Qlobal Geo-Siyasi İdarEtmə və Hakimiyyət Düzəninin Süni İntelleket Dominantlığı
ABŞ-İran:Sülhün Gizli Mətni yaxud Cəza Müqaviləsinin Memorandimu
Geo-Siyasi Münaqişələrin Qlobal Aclığ Böhranı yaxud Yeni Dünya Nizamının Ədalətsiz Arxitekturası
Rusiyanın Geosiyasi Perspektivində Taliban yaxud Diplomatiya və Təhlükəsizlik Dinamikasında Qeyri-Sabit Mühitə Hesablanmış Risk
Yaxın Şərq: Müdafiədfən Ambisyaya Keçidin Geo-Siyasi Dizaynı yaxud Yeni Regional Xəritə:Parçalanma,Hedcinq və Çəkindirmə
Ermənistan:Paşinyan Hakimiyyətinin Siyasi DNT-si yaxud Gücün Konsentrasiyası yoxsa Ləkələnmiş Mandat
Çinin İrandan Neft Aslılığının Arxasındakı Qırılan Təchizat Zəncirlərinin Bərpası Strateji Praqmatizmi