Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə İxracatçılar Klubu çərçivəsində Çin Xalq Respublikasının Şanxay şəhərində keçiriləcək 3-cü Çin Beynəlxalq İdxal Sərgisində (CIIE) iştirak edəcək sahibkarlarla videokonfrans formatında görüş keçirilib.
AZPROMO-dan Forpost.az -a bildirilib ki, 20-dək şirkətin nümayəndəsinin iştirak etdiyi görüşdə ixracın təşviqi, ixrac qabiliyyətli məhsulların beynəlxalq bazarlara çıxarılması istiqamətində həyata keçirilən tədbirlər, Çin Beynəlxalq İdxal Sərgisi, eləcə də sərgidə iştirak qaydaları barədə məlumat verilib. Şirkətlərin pandemiya səbəbindən ixrac zamanı xarici bazarlarda üzləşdikləri çətinliklərlə bağlı İqtisadiyyat Nazirliyi və AZPROMO tərəfindən göstərilən dəstək mexanizmləri və digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.
Sonda ixrac prosedurları ilə bağlı sahibkarlara maraqlı olan məsələlər müzakirə edilib, AZPROMO-nun bu istiqamətdə göstərdiyi xidmətlər haqqında məlumat verilib və sahibkarların sualları cavablandırılıb.
Qlobal Dünyanın yoxsa ABŞ-ın Donald Tramp Problemi Dilemması(!)
Qlobal Geo-Siyasi İdarEtmə və Hakimiyyət Düzəninin Süni İntelleket Dominantlığı
ABŞ-İran:Sülhün Gizli Mətni yaxud Cəza Müqaviləsinin Memorandimu
Geo-Siyasi Münaqişələrin Qlobal Aclığ Böhranı yaxud Yeni Dünya Nizamının Ədalətsiz Arxitekturası
Rusiyanın Geosiyasi Perspektivində Taliban yaxud Diplomatiya və Təhlükəsizlik Dinamikasında Qeyri-Sabit Mühitə Hesablanmış Risk
Yaxın Şərq: Müdafiədfən Ambisyaya Keçidin Geo-Siyasi Dizaynı yaxud Yeni Regional Xəritə:Parçalanma,Hedcinq və Çəkindirmə
Ermənistan:Paşinyan Hakimiyyətinin Siyasi DNT-si yaxud Gücün Konsentrasiyası yoxsa Ləkələnmiş Mandat
Çinin İrandan Neft Aslılığının Arxasındakı Qırılan Təchizat Zəncirlərinin Bərpası Strateji Praqmatizmi