Azərbaycan və Macarıstan arasında vergi əməkdaşlığının daha da inkişaf etdirilməsi və dostluq əlaqələrinin möhkəmləndirilməsi üçün yeni təşəbbüslərin irəli sürülməsi barədə razılıq əldə olunub
Tarix: 29-04-2025, 10:37
Google+ Paylaş
Tumblr Paylaş

Azərbaycan və Macarıstan arasında vergi əməkdaşlığının daha da inkişaf etdirilməsi və dostluq əlaqələrinin möhkəmləndirilməsi üçün yeni təşəbbüslərin irəli sürülməsi barədə razılıq əldə olunub

29-04-2025, 10:37


Azərbaycan və Macarıstan arasında vergi əməkdaşlığının daha da inkişaf etdirilməsi və dostluq əlaqələrinin möhkəmləndirilməsi üçün yeni təşəbbüslərin irəli sürülməsi barədə razılıq əldə olunub.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən xəbər veriib.

Məlumata görə, qurumun rəisinin müşaviri, Tədris Mərkəzinin rəisi vəzifəsinin müvəqqəti icraçısı Sərxan Həşimovun rəhbərlik etdiyi nümayəndə heyəti təcrübə mübadiləsinin aparılması məqsədilə Macarıstana səfər edib.

Səfər çərçivəsində Macarıstanın Milli Vergi və Gömrük Administrasiyasında keçirilən görüşlərdə tərəflər vergi ödəyicilərinə göstərilən xidmətlərin təkmilləşdirilməsi, rəqəmsal vergi inzibatçılığı, ƏDV və gəlir vergisinin tətbiqi ilə bağlı təqdimatlar edib, həmçinin, əməkdaşlıq potensialından istifadə imkanlarının genişləndirilməsi məqsədilə təşəbbüslərin artırılması məsələlərini nəzərdən keçirib və qarşılıqlı dəstəyin davam etdirilməsi barədə razılıq əldə edib.

Səfər zamanı Macarıstanın Milli Vergi və Gömrük Administrasiyasının Tədris Mərkəzi, o cümlədən Maliyyə baş idarəsinin nümayəndələri ilə ayrıca görüşlər keçirilib, aidiyyəti sahələr üzrə birgə fəaliyyətin genişləndirilməsi imkanları, vergi inzibatçılığının təkmilləşdirilməsi sahəsində həyata keçirilən islahatlar müzakirə olunub, həmin sahələrdə təcrübə mübadiləsi aparılıb.скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ