Agentliyin məlumatına görə, Yel Universitetinin nəzdindəki “Budget Lab” tədqiqat mərkəzində hesab edirlər ki, illik gəliri 1 milyon dollar və daha çox olan amerikalılar üçün vergilərin 40 %-ə qədər artırılması ilə iqtidar 420 milyard dollar əldə edə bilərdi. Öz növbəsində, “Tax Foundation” tədqiqat mərkəzinin hesablamalarına görə, qeyd olunmuş vergi artımı eyni müddət ərzində Amerika xəzinəsinə 358 milyard dollar gətirərdi. Hazırda ABŞ-də maksimal gəlir vergisi dərəcəsi 37 %-dir.
Agentlik vurğulayıb ki, bu cür vergi artımı ABŞ Prezidenti Donald Trampın administrasiyasına respublikaçının dəstəklədiyi bəxşiş vergisinin ləğvindən yaranan itkiləri ödəməyə kömək edərdi. Bu vergidən imtina Amerika iqtidarına on illik müddətdə təxminən 118 milyard dollara başa gələ bilər.
Aprelin əvvəlində “Semafor” portalı mənbələrə istinadən xəbər vermişdi ki, Tramp ölkənin ən varlı sakinləri üçün vergilərin artırılması ideyasını nəzərdən keçirməyə hazırdır. Nəşr qeyd edirdi ki, belə bir addım respublikaçılara Amerika işçi sinfinə verilən vədləri yerinə yetirməməkdə onları ittiham edən demokratların hücumlarından müdafiə olunmağa kömək edərdi.
Qlobal Dünyanın yoxsa ABŞ-ın Donald Tramp Problemi Dilemması(!)
Qlobal Geo-Siyasi İdarEtmə və Hakimiyyət Düzəninin Süni İntelleket Dominantlığı
ABŞ-İran:Sülhün Gizli Mətni yaxud Cəza Müqaviləsinin Memorandimu
Geo-Siyasi Münaqişələrin Qlobal Aclığ Böhranı yaxud Yeni Dünya Nizamının Ədalətsiz Arxitekturası
Rusiyanın Geosiyasi Perspektivində Taliban yaxud Diplomatiya və Təhlükəsizlik Dinamikasında Qeyri-Sabit Mühitə Hesablanmış Risk
Yaxın Şərq: Müdafiədfən Ambisyaya Keçidin Geo-Siyasi Dizaynı yaxud Yeni Regional Xəritə:Parçalanma,Hedcinq və Çəkindirmə
Ermənistan:Paşinyan Hakimiyyətinin Siyasi DNT-si yaxud Gücün Konsentrasiyası yoxsa Ləkələnmiş Mandat
Çinin İrandan Neft Aslılığının Arxasındakı Qırılan Təchizat Zəncirlərinin Bərpası Strateji Praqmatizmi