ABB (Azərbaycan Beynəlxalq Bankı) 2024-cü ilin 1-ci rübünü 80,6 milyon manat xalis mənfəətlə başa vurub
Tarix: 16-04-2024, 21:53
Google+ Paylaş
Tumblr Paylaş

ABB (Azərbaycan Beynəlxalq Bankı) 2024-cü ilin 1-ci rübünü 80,6 milyon manat xalis mənfəətlə başa vurub

16-04-2024, 21:53

.

Bank 2023-ci ilin 1-ci rübünü 80,4 milyon manat xalis mənfəətlə bağlamışdı. Beləliklə, ABB-nin xalis mənfəəti 2023-ci ilin 1-ci rübü ilə müqayisədə 2024-cü ilin 1-ci rübündə 0.2 milyon manat artıb.


2024-cü ilin 1-ci rübündə ABB-nin cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 277,2 milyon manat təşkil edib. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 20% və ya 46,7 milyon manat çoxdur.

ABB-nin əməliyyat mənfəəti isə 137,2 milyon manat olub (2023-cü ilin 1-ci rübündə 126.6 milyon manat).

Hesabat dövrü ərzində ABB-nin mümkün zərərlər üçün yaradılan ehtiyatlara ayırdığı vəsait 34,2 milyon manat təşkil edib ki, bu da 2023-cü ilin 1-ci rübü ilə müqayisədə 13,5 milyon manat çoxdur.

BANKIN KREDİT PORTFELİ BÖYÜYÜB

ABB-nin kredit portfeli (müştərilərə verilmiş kreditlər) 2023-ci ilin sonu ilə müqayisədə 5,8% və ya 292,7 milyon manat artaraq 5,3 milyard manata çatıb. Qeyd etmək lazımdır ki, 2024-cü ilin ilk rübündə, ötən ilin sonu ilə müqayisədə biznes kreditləri portfeli 132 milyon 857 min manat artaraq 2 milyard 637 milyon 473 min manata yüksəlib.

MƏCMU KAPİTALI 1,7 MİLYARDA MANATA YAXINLAŞIB

31 mart 2024-cü il tarixində ABB 1 milyard 654 milyon 724 min manat məcmu kapitala malik olub. İlk rüb ərzində ABB-nin I dərəcəli kapitalının adekvatlıq əmsalı 20.45%, məcmu kapitalının adekvatlıq əmsalı isə 21.28% təşkil edib. Bu göstəricilər tənzimləyici orqanın müəyyən etdiyi normalardan (müvafiq olaraq sistem əhəmiyyətli banklar üçün minimum 6% və 12%) əhəmiyyətli şəkildə yüksəkdir.

31 mart 2024-cü il tarixində ABB-nin cəmi aktivləri 13,2 milyard manat, öhdəlikləri isə 11,3 milyard manat olub.скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ